Rüstəm İsmayılbəyli: Saçlarıma toxunmadan, buraxmayacaqlarını dedilər

O, jurnalistlərə həbsi barədə danışarkən İnzibati Qayadada Həbs olunanların Müvəqqəti Saxlama Məntəqəsində fiziki və psixoloji şiddət görmədiyini deyib

Source: Meydan TV
Təhsil Nazirliyi önündə aksiya keçirən gənc 15 gün sonra azadlıqda


“Polisə müqavimət göstərməmişəm”

15 sutka inzibati cəza alan Rüstəm İsmayılbəyli iyunun 16-da sərbəst buraxılıb.

Rüstəm İsmayılbəyli iyunun 1-də Təhsil Nazirliyi qarşısında keçirilən aksiyada iştirak edib. Nazirlikdə görüşü bitəndən sonra saxlanıldığını və 18-ci Polis Bölməsinə aparıldığını bildirib. Rüstəm İsmayılbəyli saxlanıldığı zaman polisə müqavimət göstərmədiyini söyləyib.

O, jurnalistlərə həbsi barədə danışarkən İnzibati Qayadada Həbs olunanların Müvəqqəti Saxlama Məntəqəsində fiziki və psixoloji şiddət görmədiyini deyib:

“Bir dəfə göz qorxutmaq üçün blef oldu, vəssalam. Yalnız bu gün, buraxılana yaxın saçlarımı qırxdılar. Amma ona qədər deyirdilər ki, bax, sənin saçlarına toxunmuruq. Sonuncu gün isə saçlarıma toxunmadan buraxmayacaqlarını dedilər”.

Rüstəm İsmayılbəyli telefonunun hələ qaytarılmadığından narahatlığını bildirib:

“Ona görə məlumatsızam. 15 gün ərzində nələrin baş verdiyini öyrənəndən sonra gələcək aksiyalar haqda danışa bilərəm”.

İyunun 1-də bir qrup tələbə pandemiya ilə əlaqədar ali məktəblərdə ənənəvi qaydada dərslər keçirlmədiyinə görə ikinci semestr üzrə imtahanların və yarım illik ödənişin ləğvi tələbi ilə Təhsil Nazirliyi qarşısında

aksiya

keçirib.

Aksiyanın təşkilatçılarından biri Rüstəm İsmayılbəyli İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejimi qaydasını pozma) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə günahkar bilinib.

Ana səhifəSiyasətRüstəm İsmayılbəyli: Saçlarıma toxunmadan, buraxmayacaqlarını dedilər