”Rustavi 2” kanalı Avropa Məkhəməsində qalib gəldi


Gürcülər bu gün Rustavi 2 TV kanalının Avropa məhkəməindəki qələbəsini qeyd ediblər.

Rustavi-2-yə qarşı məhkəmə prosesi 2015-ci ilin avqustunda başlayıb. Məhkəmə iddiasını isə TV kanalın keçmiş sahiblərindən olan Kibar Kalvaşi başlamışdı. 2005-ci ildə Qızılgül inqilabından sonra Rustavi 2 sahiblərindən alınmış və kanalın xəbər siyasəti dəyişdirilmişdi.

Hazırda isə Rustavi 2-nin tərəfdarları ona qarşı sahiblik iddiasını Gürcüstan hakimiyyətinin TV kanala qarşı təzyiq vasitəsi və söz azadlığına təhdidi kimi qiymətləndirirlər.

Gürcüstanın 25 ilə yaxındır Sovet İttifaqı tərkibindən çıxmasına baxmayaraq bu ölkə hələ də Avropa İttifaqı və NATO-ya üzv ölkələrin əldə etdiyi mətbuat azadlığı uğrunda mübarizə aparır.

Avropanın İnsan Haqları Məhkəməsinin Rustavi-2 telekanalının onun sabiq həmsahibi, hökumətə yaxın Kibar Xalvaşinin nəzarətinə verilməsinə dair qərarı ləğv etməsi ilə kiçik də olsa qələbə əldə edilib. Bu kanal Gürcüstanın ən böyük müstəqil tele-kanalıdır.

“Bütöv Gürcüstanın bu qərarı gözlədiyini və Strasburqun 7 hakiminin hökmünü dəstəklədiyini desəm, səhv etmərəm. Bu o deməkdir ki, biz işləyirik. Bu o deməkdir ki, bizim redaksiya siyasətimiz davam edəcək. Komandamız illərdir gördüyü işini davam etdirəcək”- deyə kanalın xəbər direktoru Giorgi Laparaşvili bildirib.

Rustavi-2 hökuməti tənqid edən güclü kanal hesab edilir.

Kalvaşinin kanalın nəzarətini ələ alması ilə azad mətbuatın susdurulacağı qorxuları mövcud idi.

Məsələyə keçən həftədən etibarən baxan Avropanın İnsan Haqları Məhkəməsi Gürcüstanın Ali Məhkəməsinin qərarını ləğv edib.

2015-ci ildə Freedom House Gürcüstanı mediaya müdaxilə etməməyə çağırmışdı.

Ana səhifəVideo”Rustavi 2” kanalı Avropa Məkhəməsində qalib gəldi