Rusiyanın ən zəngin adamları il başlayandan 50 milyard dollar itirib

Foto: TaniaKitura/shutterstock

BBI açıqlama yayıb

Bu ilin əvvəlindən Rusiyanın ən zəngin iş adamlarının sərvəti 50,1 milyard dollar azalıb. Bu barədə “Bloomberg Billionaires Index” (BBI) açıqlama yayıb.

«Ən zəngin rusiyalı – “Nornikel”in sahiblərindən biri olan Vladimir Potanin il başlayandan 1,47 milyard dollar itirib. Hazırda onun sərvəti 29,4 milyard dollara bərabərdir.

“Novatek”in sahiblərindən olan Leonid Mixelson da xeyli “yoxsullaşıb” – onun sərvəti 4,9 milyard dollar azalaraq 27,5 milyard dollar olub.

Üçüncü yerdə olan “Severstal”ın əsas sahibi Aleksey Mordaşov 5,7 milyard dollar itirib. Hazırda onun sərvəti 23,1 milyard dollara bərabərdir.

Roman Abramoviçin itkiləri 3,6 milyard dollara bərabərdir. Hazırda onun sərvəti 14,4 milyard dollardır.

Ən çox itirən isə “Lukoyl”un sahiblərindən olan Vahid Ələkbərovdur. Onun sərvəti 17,4 milyard dollar azalıb. O, sərvətinin 25 faizini itirib.

Ümumilikdə BBI-nin reytinqində dünyanın 500 ən zəngin adamının adı yer alır.

Onların sırasında 22 Rusiya vətəndaşı da var. Aprelin 1-i üçün onların toplam sərvəti 299,47 milyard dollara bərabər olub.

Ana səhifəXəbərlərRusiyanın ən zəngin adamları il başlayandan 50 milyard dollar itirib