Saak Karapetyanın uçduğu helikopter Kostroma vilayətində yerə düşüb
Rusiyanın Baş prokurorunun müavini Saak Karapetyan Kostroma vilayətində AS-350 helikopterinin qəzaya düşməsi nəticəsində
ölüb.
Rusiya mətbuatının verdiyi xəbərə görə, S.Karapetyanla birlikdə 3 nəfər ölüb.
Nəqliyyatda istintaq idarəsinin Şimal-Qərb üzrə idarəsindən verilən məlumata görə, sözügedən uçuş xəbərdarlıqetmə sifarişi ilə uçurdu və buna icazə lazım deyil. Bu səbəbdən helikopterin marşrutu barədə dəqiq məlumat yoxdur.
“Ölənlərin hamısının şəxsiyyəti müəyyən edilib. Bədənləri bərk yanıb”.