Rusiyalı rejissor Serebrennikov ittiham edilib

Moskvanın ən böyük teatr məkanlarından biri olan Qoqol Mərkəzinə rəhbərlik edən Serebrennikov 2017-ci ildə həbs olunub, lakin keçən il ona qarşı qaldırılmış məhkəmə işi dayandırılmışdı.

Source: Foto: SİTA


Rusiyada və xaricdə yüzlərlə mədəniyyət xadimi ona dəstək verir

Moskva məhkəməsi məşhur Rusiya teatr və kino rejissoru Kirill Serebrennikovu saxtakarlıqda ittiham edib, – “Guardian” xəbər verir.

Serebrennikovun tərəfdarları məhkəmənin bu qərarını Rusiyada sənət azadlığının sınağı olaraq görüb.

Təxminən 1.5 milyon funt sterlinq oğurlamaqda günahlandırılan Serebrennikova qarşı üç ildir davam edən məhkəmə işi sona çatıb. Rusiyada və xaricdə yüzlərlə mədəniyyət xadimi ona dəstək verir, xəbərdə qeyd edilir.

Hakim 50 yaşlı incəsənət xadimini və onun iki əməkdaşını Rusiyada digər cəsarətli sənət layihələrinə yol açmış “Platforma” adlı teatr layihəsində dövlət vəsaitlərini mənimsəməkdə günahkar bilib.

Hakim Olesya Mendeleyeva bildirib ki, Serebrennikov və tərəfdaşları Yury Itin və Konstantin Malobrodsky “özlərini zənginləşdirməyə yönəlmiş hərəkətlər” və mədəniyyət nazirliyinin işçilərini çaşdıran davranışlar ediblər.

Prokurorluq məhkəmədən Serebrennikovu 6 il müddətinə azadlıqdan məhrum etməsini istəyib.

Moskvanın ən böyük teatr məkanlarından biri olan Qoqol Mərkəzinə rəhbərlik edən Serebrennikov 2017-ci ildə həbs olunub, lakin keçən il ona qarşı qaldırılmış məhkəmə işi dayandırılmışdı.

Məhkəmə işi yeni hakimlə təzələndikdən sonra o, həbsdən azad edilərək ev həbsinə verilmişdi. Onun işinə dönməyə icazə verildikdən sonra çoxu qaldırılmış məhkəmə işinin sonlanacağına ümid edirdi.

Cümə günü məhkəmə prokurorluğun iddiasını təmin edərək Serebrennikovu və onun əməkdaşlarını günahkar bilib. Onlar iddianı rədd edirlər. Siyasi tənqidçilər Serebrennikova qarşı qaldırılmış iddianı siyasi motivli hesab edirlər.

Ana səhifəDünyaRusiyalı rejissor Serebrennikov ittiham edilib