Rusiya prezidenti canlı yayımda

“Mən Kadırova haqq qazandırmıram. Ancaq bu cür metodlar İsraildə və Amerikada da istifadə olunub…”

Source:


“Mən Kadırova haqq qazandırmıram. Ancaq bu cür metodlar İsraildə və Amerikada da istifadə olunub…”

Hazırda Rusiya prezidenti mətbuat konfransı keçirir. Konfrans Rusiya televiziyalarında canlı yayımlanır.

Tədbirdə iştirak edən jurnalistlərdən birinin “Rusiya iqtisadiyyatında baş verənlər Krıma görə ödədiklərimizdirmi?” sualına V. Putin belə cavab verib: “Bu, özümüzü millət və dövlət kimi qorumaq istəyimizə görə ödədiyimiz qiymətdir. Söhbət Krımdan getmir. Söhbət ondan gedir ki, Rusiya öz suverenliyini, yaşamaq hüququnu qoruyur. Böhranın səbəbinin yalnız 30 faizi Qərbin sanksiyalarıdır. Biz ya müstəqil iqtisadiyyat yaratmalıyıq, ya da məhv olmalıyıq. Rusiyadakı böhran Krıma görə intiqamın nəticəsi deyil. Bu,

Berlin divarından sonra Rusiyaya qarşı  davam edən məkrli planlardır”.

Ukrayna hadisələri barədə Putin bildirib ki, sabiq prezident Yanukovişi Qərb devirdi, Ukrayna ərazi bütövlüyünü bərpa etmək istəyirsə, oradakı adamlara hörmət etməlidir. Məsələ onddaır ki, Atəşkəs xətti protokolunu Moskva və Kiyev imzaladı. Donetsk isə imzalamadı. Yeni ilə qədər bütün əsirlər azad olunmalıdır. Ancaq Kiyev cəza əməliyyatları aparır. Orada döyüşən ruslar könüllülərdi, pul almırlar. Biz vasitəçiliyə hazırıq.

Reyter-in “Rusiyada saray çevrilişi mümkündürmü” sualına prezident “Yox, çünki bizdə həm saray yoxdur, həm də Kremldə siyasi intriqalar yoxdur. Nəhayət, Kreml çox yaxşı qorunur” deyə cavab verib.

Putin Dojd kanalının jurnalisti Kseniya Sobçak sual verərkən mətbuat xidmətinin rəhbəri Peskova zarafatla “buna niyə söz verdin” deyə irad bildirib. Jurnalistin sualı Çeçenistan prezidenti Kadırovun günahsız insanları öldürməsi, Rusiya kanallarının Ukrayna haqqında yalan məlumatlara görə heç kimin cəzalandırılmaması, atası, Sank-Peterburqun sabiq başçısı Sobçakın zəhərlənərək öldürülməsi, amma qatillərin cəzalandırılmaması barədə idi. Ancaq prezident Putin bildirib ki, Kadırovun evləri yandırması, müxalif ailələrini respublikadan qovması, bunlar hamısı qanunla müəyyən olunur və kiminsə günahı məhkəmə tərəfindən sübut edilir. Çeçenistanda terrorçular var və onların qohumları bu adamlardan məlumatlıdırlar. Ancaq onların qohumlarının evinin yandırılması aydınlaşdırılmalıdır. Bəlkə Kadırov emosional bəyanat verib. Çünki həmin günlər terrorçular polisləri öldürmüşdülər. Terrorçuların evinin yandırılması isə təxribat da ola bilər. Hər halda bunu istintaq müəyyənləşdirir. Bəli, mən Kadırova haqq qazandırmıram. Ancaq bu cür metodlar İsraildə və Amerikada da istifadə olunub. Bütün hallarda hər bir hərəkətin əsasında qanun durmalıdır”.

Ana səhifəXəbərlərRusiya prezidenti canlı yayımda