Rusiya Poltava vilayətinə zərbə endirib: ölən və xəsarət alanlar var

Poltava, foto: reuters

Raketlərin bitki yağı zavoduna düşdüyü açıqlanıb

Rusiyanın Ukraynanın şərqindəki Poltava vilayətinə zərbə endirdiyi, nəticədə ölən və xəsarət alanların olduğu bildirilir.

Bu barədə danışan vilayətin qubernatoru Dmitri Lunin və prezidentin rəsmisi bildiriblər ki, Rusiya buradakı bitki yağı zavodunu vurub.

Bir gecədə iki nəfər həlak olub.

Lunin “Telegram” mesajlaşma proqramında: “Düşmən hücumu nəticəsində iki nəfər həlak olub, iki nəfər yüngül xəsarətlərlə xəstəxanaya aparılıb, daha iki nəfər isə itkindir”, – deyib.

Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andriy Yermak da “Telegram”da bildirib ki, raketlər Myrqorod rayonundakı bitki yağı zavoduna düşüb, nəticədə iki nəfər ölüb, beş nəfər yaralanıb.

İnsanlar gecə növbəsində işləyirdilər“, – deyə Yermak bildirib.

O, alovlara qərq olmuş tankerləri və zavodun dağılmış metal konstruksiyalarını əks etdirən fotolar da yayıb.

Ukrayna hərbçiləri bildiriblər ki, Rusiya bir gecədə Qara dənizdən dörd raket atıb, onlardan ikisi vurulub.

Hərbçilər Ukraynanın mərkəzində yerləşən Krivoy Roq bölgəsinin də raketlərlə vurulduğunu bildiriblər.

Yerli hakimiyyət orqanları bir neçə fərdi evə ziyan dəydiyini desələr də, itkilər barədə məlumat verməyiblər.

Rusiya isə Ukraynanın ərazisinə dron hücumları etdiyini açıqlayıb.

Ana səhifəXəbərlərRusiya Poltava vilayətinə zərbə endirib: ölən və xəsarət alanlar var