Rusiya Azərbaycana əsas uşaq yeməyi tədarükçüsüdür

Azərbaycanda yeni doğulanların çoxu Rusiya, Hollandiya və Almaniya mənşəli uşaq qidasından istifadə edir

Source:


Azərbaycanda yeni doğulanların çoxu Rusiya, Hollandiya və Almaniya mənşəli uşaq qidasından istifadə edir

Mütəxəssislərin fikrincə, Azərbaycanda yeni doğulanların 50 faizini ana südü ilə böyüyür. Anaların yarısı körpələrə xaricdən alınan süni süd qarışığı verir.

Gömrük Komitəsinin məlumatına görə, bu ilin 9 ayında Azərbaycana $9 mln 886,4 min məbləğində 1710,8 ton uşaq qidası gətirilib. Malın 1 tonu $5778,8-a bəyan edilib. Maraqlıdır ki, Gürcüstanda doğum səviyyəsi bizdən bir neçə dəfə az olsa da, bu dövrdə $434,7 min çox uşaq qidası idxal edilib.

Azərbaycanda yeni doğulanların çoxu Rusiya, Hollandiya və Almaniya mənşəli uşaq qidasından istifadə edir. Bu il Rusiya istehsalçıları Azərbaycan üçün 790,3 ton uşaq qidası qablaşdırıb. Hollandiyadan 435,6 ton, Almaniyadan 311,7 ton süni uşaq qidası gətirilib. Uşaq qidası həmçinin İsveçrə (38,6 ton), Türkiyə (23,6 ton), Polşa (62,6 ton), Belarus (3,9 ton), Danimarka (17,6 ton), Fransa (0,5 ton), İordaniya (8,8 ton), Serbiya (6,1 ton), Sloveniya (9,3 ton) və Yeni Zelandiyadan (2,2 ton) alınıb.

Azərbaycanda pərakəndə satışda uşaq qidası çəki və markasından sılı olaraq 2,5-16 manatdır.

Rusiya məhsulu gömrükdə $3703,7-a bəyan edilir. İsveçrə uşaq qidası 8528,5$/t-a, Hollandiya məhsulu 7930,6$/t-a bəyan edilir. Yeni Zelandiyadan olan keçi südündən hazırlanan qidanın tonu 29,8 min dollara bəyan olunur.

2013-cü ildə Azərbaycana 2870,2 ton, $21 mln 595,8 min məbləğində uşaq qidası idxal edilib. İdxal həcmi 519,1 ton və ya $2,6 mln artıb.

2003-cü ildə Azərbaycanda “Uşaqların ana südü ilə qidalanması haqqında” yeni qanun qəbul edilib. Qanunda uşaqların ana südü ilə qidalandırılması, analara qayğı, süni qatışıqların istehsalı və satışı üzrə nəzarətin aspektləri əksini nəzərdə tutulub (Turan IA).

Ana səhifəXəbərlərRusiya Azərbaycana əsas uşaq yeməyi tədarükçüsüdür