“Rus qanunu”na qarşı

Foto: David Pipiya/JAMnews

Tbilisidə xarici təsirin şəffaflığı barədə qanuna qarşı etiraz edirlər. Bu qanun çoxsaylı qeyri-hökumət təşkilatlarının və Gürcüstanda Qərbdən qrant alan bütün şəxslərin işini təhlükə altında qoyacaq.   

Nə baş verdiyi barədə danışırıq və təklif olunan qanunun niyə bu cür pis olduğunu izah edirik 

JAMnews-un materialı əsasında

Tbilisidə nə baş verir?

Parlament üzvləri cümə günü qanunun iki variantını nəzərdən keçirməyə başlayıblar və bazar ertəsi səhərdən işə davam ediblər. Əleyhdarlar bu qanunu Rusiyanın xarici agentlər barədə qanununun analoqu hesab edirlər. Hər ötən həftə, həm də bu gün parlament binasının qarşısında çoxlu sayda fəal, jurnalist və polis var. Yaranmış vəziyyət həddən artıq gərgindir, vaxtaşırı insanların saxlanılması barədə xəbər verilir, müstəqil media işlərinə mane olunmasından şikayətçidir – fiziki olaraq parlamentə girməyə imkan vermir və parlament akkreditasiyasından məhrum edirlər.  

Parlamentin özündə də vəziyyət sakit deyil – ötən həftə də, bu gün də müzakirələr dalaşmalarla müşayiət olunur. Bəzi müxalif deputatları zaldan çıxmağa məcbur etdilər, digərləri özləri etiraz əlaməti olaraq iclası tərk etdilər.


Qanun haqqında nə bilmək lazımdır?

Ümumiyyətlə, Gürcüstan parlamentində iki qanun layihəsi qeydiyyatdan keçib: birincisi fevralda və o, Rusiya qanununun eynisidir. İkincisini daha sonra qeydiyyatdan keçiriblər. Birinci qanun layihəsi kəskin tənqidə məruz qalandan sonra ikincisi haradasa alternativ rolunda çıxış edib. Müəlliflər təsdiqləyirlər ki, onlar əsas kimi Amerikada 1938-ci ildə qəbul olunmuş “Xarici agentlərın qeydiyyatı aktı”nı əsas götürüblər. Lakin hüquqşünaslar və hüquq müdafiəçiləri bəyan ediblər ki, qanunun gürcü variantına müstəsnalar barədə olan əsas hissə daxil edilməyib. Bundan başqa, İkinci Dünya Müharibəsinin əvvəlində qəbul edilmiş Amerika aktı gürcü variantından fərqli olaraq, qeyri-hökumət təşkilatlarının ovuna yönəlməyib.     

2012-ci ildə xarici agentlər barədə öz qanunlarını qəbul edən Rusiya hakimiyyəti də Amerikaya əsaslanmışdı. İlk əvvəl Rusiya qanunu təkcə siyasi təşkilatlara aid idi, lakin tətbiq sahəsə getdikcə genişləndi və Ukrayna ilə müharibə başlayan zaman o, praktiki olaraq ölkədə azad və tənqidi fikri boğa bildi.  

Gürcü qanun layihəsinin müəllifləri hakim partiyanın əlaltısı sayılan “Xalqın gücü” hərəkatı oldu. Bu hərəkat yarım il bundan əvvəl Qərb əleyhinə ən mənfur bəyanatları səsləndirmək üçün yaradılıb.

Birinci qanun layihəsi artıq dərc olunub. Yeddi səhifəlik layihəyə on bir maddə daxildir. Bu maddələrdə məhz kimin “xarici təsir agenti” olması, xarici təsir agentlərinin harada qeydiyyatdan keçməsi, kimin onlara nəzarət etməsi, müvafiq şəxs və ya təşkilat qeydiyyatdan imtina etdiyi halda nə baş verəcəyi və s. yazılıb.     

Qanun layihəsinə əsasən, qeyri-kommersiya gəlirlərininin 20 faizindən çoxunu xaricdən alan media və qeyri-hökumət təşkilatları xarici təsir agentləri reyestrində qeydiyyatdan keçməlidir.

Məsələ burasındadır ki, qanun Gürcüstanın Aİ üzvlüyünə namizəd qismində baxılması üçün razılaşdığı plana ziddir.

Cəmiyyət bu qanun layihəsinə necə münasibət bəsləyir?

“Gürcü arzusu” hakim partiyasından başqa, hamı qanun layihəsini tənqid edir: qeyri-hökumət sektoru, media, müxalifət, ekspertlər, yaxın keçmişdə hakimiyyətdə olan siyasətçilər, hətta Gürcüstan prezidenti.

Qanun layihəsini həmçinin Gürcüstanın müxtəlif beynəlxalq təşkilatlardan olan qərb partnyorları, Amerika senatorları və Avropa deputatları tənqid atəşinə tutur. Amerika səfiri qanunn birbaşa “Ruysiya hüuquq” adlandırıb.       

Qanun layihəsinin təniqdçiləri hesab edir ki, onun əsas məqsədi hakimiyyətin bütün opponentləri üzərində total nəzarət qurmaq və onların fəaliyyətini məhdudlaşdırmaqdır. 

Bu qanun təkcə media və qeyri-hökumət sektoruna toxunmayacaq. O, qərb qrantının benefisiarı olan sadə insanlara da (evdə zorakılğa məruz qalanlara, etnik və dini azlıqlara, LGBT-birliklərin nümayəndələrinə, xaricdə təhsil almaq üçün qrant alan tələbələrə və s.-ə) zərər verəcək.

“Bu qanun layihəsi ictimai təşkilatların və müstəqil medianın araşdırdığı və aşkara çıxardığı yüzlərlə zorakılıq, korrupsiya, qanunsuzluq və seçki hüququnun pozulması faktına cavabdır… Bu qanun gerçəkləşəcəyi təqdirdə Gürcüstanın yüz minlərlə vətəndaşına böyük ziyan vuracaq”, – 300 gürcü mediası və qeyri-hökumət təşkilatının imzaladığı kollektiv bəyanatda deyilir.   

Foto: David Pipiya/JAMnews
Ana səhifəXəbərlər“Rus qanunu”na qarşı