Rus dili Qarabağda “rəsmi dil” elan olundu

Tanınmamış Dağlıq Qarabağ parlamentinin 27 deputatı martın 25-də rus dilinin ikinci rəsmi dil kimi tanınmasına səs verib.

Source: Specify Source

Məqalə

"Kavkazski uzel"

saytında dərc edilib

“Dil haqqında” qanuna dəyişikliklər layihəsi deputatların təşəbbüsü ilə təqdim edilib.

Tanınmamış Dağlıq Qarabağ parlamentinin 27 deputatı martın 25-də rus dilinin ikinci rəsmi dil kimi tanınmasına səs verib. “Dövlət statusu yalnız erməni dilində qalır”, – qanun layihəsinin müəlliflərindən biri qeyd edib.

Fevralın 17-də “Dağlıq Qarabağ Respublikası”nın parlamentinə erməni dili ilə yanaşı rus dilinin də rəsmi şəkildə tanınması barədə qanun layihəsi təqdim olunub. “Kavkazski uzel”in sorğusuna cavab verən Dağlıq Qarabağ sakinlərindən bəziləri deputatların erməni dili ilə yanaşı rus dilinin də tanınması barədə təşəbbüslərinin yersiz olduğunu söyləyib. Digərləri, əksinə, rus dilinin statusuna çoxdan baxılmalı olduğunu hesab edib.

“Dil haqqında” qanuna dəyişikliklər layihəsi deputatların təşəbbüsü ilə təqdim edilib. “Erməni dili bundan belə də Dağlıq Qarabağın yeganə dövlət dili olacaq. Rus dilinə, erməni dili ilə yanaşı, rəsmi dil statusu verilir”, – “Armenpress” informasiya agentliyi bu gün xəbər verib.

Qanun layihəsinin qəbul olunmasının lehinə 27 deputat səs verib, iki deputat bitərəf qalıb, daha ikisi parlament iclasında iştirak etməyib. DQR-də dövlət dili təkcə erməni dilidir, qanun layihəsinin həmmüəlliflərindən biri, elm, təhsil, mədəniyyət, gənclik və idman üzrə komissiyanın sədri Aram Arutyunyan qeyd edib. “Ölkə konstitusiyası diktə edir – erməni dili doğma dil olub, olacaq da”, – “Spetnik-Ermənistan” ondan sitat gətirib.

“Dil haqqında” qanuna düzəlişlər rəsmi dərcdən on gün sonra qüvvəyə minəcək, nəşr dəqiqləşdirib.

“Dil haqqında” hazırkı qanunda dil statusunun iki kateqoriyasından – dövlət dilindən və rəsmi dildən istifadə olunduğu yazılır. Dövlət dili Konstitusiya və “Dağlıq Qarabağ Respublikası”nın qanunları ilə təsdiqlənib, dövlətin himayəsi altındadır və DQR-da üstünlük təşkil edir. Rəsmi dil rəsmi funksiyalara, cəmiyyətin ədəbi və elmi tələbatlarına xidmət edir.

Rəsmi sənədləşdirmə əvvəlki tək yalnız ədəbi erməni dilində və təkcə zəruri hallarda həmçinin rus dilində aparılacaq. “Əgər dövlət orqanlarına rusdilli adamdan rus dilində məktub gələrsə, ona elə rus dilində cavab yazmağa icazə verilir. Eyni şey ictimai həyatın digər təzahürlərinə də aiddir. Lakin konkret halda rus dilindən istifadəyə ehtiyac yoxdursa, o zaman erməni dilindən istifadə etmək lazımdır. Və sözsüz ki, erməni dili yeganə dövlət dili olaraq qalır”, – Aram Arutyunyan fevralın 21-i “Kavkazski uzel”in müxbirinə söyləyib.

Ana səhifəSiyasətRus dili Qarabağda “rəsmi dil” elan olundu