Rövşən Ağayev: “Prezident Administrasiyasının qanundan xəbəri yoxdur”

İqtisadçının fikrincə, əgər administrasiyanın ikinci oxunuşa verilən qanun layihəsindən xəbəri yoxdursa, bu, çox qeyri-peşəkar idarəetmədir

Source:


İqtisadçının fikrincə, əgər administrasiyanın ikinci oxunuşa verilən qanun layihəsindən xəbəri yoxdursa, bu, çox qeyri-peşəkar idarəetmədir

Prezident İlham Əliyev aperlin 16-da aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərman Kənd Təsərrüfatı Nazirliyinə beynəlxalq təcrübəyə əsaslanmaqla, aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün “elektron kənd təsərrüfatı” informasiya sisteminin üç il müddətində mərhələlərlə yaradılması, kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin üç il müddətində mərhələlərlə yaradılması, fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi, yenidən təşkili və idarəetməyə verilməsi barədə təkliflərini üç ay müddətində hazırlanması tapşırılıb.

Fərmanda qeyri-dövlət fitosanitar xidmətlərinin, o cümlədən bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı, idxalı, satışı və saxlanılmasının xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilməsinə dair təkliflərini iki ay müddətində hazırlanması nəzərdə tutulur.  Prezident Administrasiyasına altı ay müddətində kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsini hazırlamaq tapşırılır. Eyni zamanda PA altı ay müddətində kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsini hazırlamalıdır.

Fərmanı Meydan TV-yə şərh edən iqtisadçı Rövşən Ağayev bildirdi ki, sənəddə torpaqların şoranlaşması ilə bağlı qeyri-müəyyənlik var: “Mən üç nazirlik və komitənin birlikdə bu məsələ ilə məşğul olmasını nəzərdə tuturam, yəni, praktika göstərir ki, idarəetmə vahid olmayanda keyfiyyətli iş olmur. Fərman idarəetmənin təkmilləşdirilməsi adlanır, bunun üçün ilk addım torpaqların şoranlaşması ilə bağlı “Melorasiya ASC”-nin funksiyaları Kənd Təsərrüfatı Nazirliyinə verilməlidir. “Melorasiya ASC” bu prosesdə icarçı təşkilat ola bilər, idarəedici yox. İkinci yanaşmam odur ki, fərmanda müvafiq iqtisadi proqramlar əsasında torpaqların keyfiyyətinin artırılması istiqamətində işlər görülməsi ifadəsi mücərrəddir. Bütün dünyada torpaqların keyfiyyətinin artırılması haqqında dövlət proqramı olur, çox təəssüf ki, belə proqram yoxdur”.

R.Ağayev dedi ki, hökumət 2011-ci ildə uzun müzakirələrdən sonra kənd təsərrüfatı kooperasiyalarının yaradılması barədə qanun layihəsini Milli Məclisə təqdim etdi. Sənəd birinci oxunuşda qəbul olunandan sonra ikinci oxunuşa tövsiyə olundu: “Amma bu fərmanı oxuduqda belə təəssürat yaranır ki, Prezident Administrasiyasının birinci oxunuşdan keçən qanundan xəbəri yoxdur. Çünki fərmanda belə bir qanun layihəsinin hazırlanması və administrasiyaya 6 ay müddətində təqdim olunması haqqında hissə var. Əgər administrasiyanın ikinci oxunuşa verilən qanun layihəsindən xəbəri yoxdursa, bu, çox qeyri-peşəkar idarəetmədir. Görünür, 6 ay müddəti də uzun çəkəcək, yeni sənəd hazırlanacaq və Azərbaycan reallığında 6 aya verilən tapşırıq 6 ilə də yerinə yetirilmir. Bütün bunları nəticəsi onu göstərir ki, hökumət kooperasiyanın yaradılması, kiçik fermerlərin dəstəklənməsinə ciddi yanaşmır. Sadəcə, ictimai görüntü yaradır”.

Ana səhifəXəbərlərRövşən Ağayev: “Prezident Administrasiyasının qanundan xəbəri yoxdur”