Rövşən Ağayev: “İdxalın real səviyyəsini qiymətləndirmək çətindir”

Bazarlarda müstəqil monitorinq aparılmır

Source:


Bazarlarda müstəqil monitorinq aparılmır

“Manatın devalvasiyasından sonra idxaldan asılılığımızın real səviyyəsi ilə bağlı müzakirələr də intensivləşib. Qeyri-şəffaf gömrük sisteminin mövcudluğu şəraitində idxalın real səviyyəsini qiymətləndirmək çətindir”, – bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, bunu yalnız “güzgü statistikası” vasitəsilə müxtəlif ölkələrin statistikasının qarşılıqlı tutuşdurması ilə rahatlıqla ortaya çıxarmaq olur:

“Türkiyə statistikası göstərir ki, 2014-cü ildə Azərbaycana bu ölkədən 3 milyard dollara yaxın mal ixrac edilib. Bu rəqəm Azərbaycanın gömrük statistikasında isə 2 dəfə az göstərilir. Beynəlxalq statistikaya görə, malın ixrac ölkəsindən çıxıb idxal ölkəsinə çatması, çarpaz valyuta məzənnələrinə əsasən invoys dəyərinin çevrilməsi zamanı kiçik kənarlaşmalar, malın göndərilmə şərtləri (FOB və ya CİF şərtləri) və s. amillərə görə 15-20 faizlik kənarlaşma normal sayılır. Məsələn, Türkiyədən Azərbaycana il ərzində 3 milyard dəyərində ixrac varsa, kənarlaşma maksimum 500-600 milyon dollar ola bilər. Amma bu rəqəm 1.5 milyard dollarsırsa, deməli, gizli idxal haqda düşünmək lazım gəlir”.

Ekspertin fikrincə, ikinci yol bazar və ticarət şəbəkələrində müstəqil monitorinqlərin aparılmasıdır: “Bu, çox sadə yoldur. Əsas istehlak malları bazarında təsadüfi seçilmiş 20, 30, lap 50 çeşiddə mal götürüb, onların mənşə ölkəsinə baxmaq lazımdır. Bu cür monitırinqlər, ümumiyyətlə, yoxdur. Gömrük statistikasına görə, 2014-cü ildə Azərbaycanın geyim bazarına xaricdən cəmi 136.7 milyon dollar dəyərində mal idxal olunub – yəni adambaşına 14 dollar. Bura dəri məmulatlarından, xəz və baş geyimlərindən, hər cür toxuculuq məmulatlarından tutmuş kostyumlara, parçalaradək hər cür geyim əşyaları daxildir. Təkcə iri ticarət şəbəkələrinin vitrinlərinə, əynimizdəki geyimlərə baxmaq kifayətdir ki, idxaldan asılılığımızın real səviyyəsini bilək. Ola bilər müəyyən geyimlər və dəri məmulatlar daxildəki sexlərdə tikilsin, amma onların xammalına baxmaq lazımdır”.

Ana səhifəXəbərlərRövşən Ağayev: “İdxalın real səviyyəsini qiymətləndirmək çətindir”