Rövşanə Rəhimlinin ölkədən çıxışına qadağa qoyulub

Tural Mustafayevin keçmiş nişanlısı baş prokurora müraciət etdi

Source:


Tural Mustafayevin keçmiş nişanlısı baş prokurora müraciət etdi

Araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı irəli sürülmüş 125-ci maddə (özünü öldürmə həddinə çatdırma) üzrə aparılan cinayət işində şahid kimi ifadə verən Rövşanə Rəhimlinin ölkədən çıxmasına qadağa qoyulub. Bu barədə Rövşanə Rəhimli fevralın 25-də, saat 18 radələrində öz facebook səhifəsində yazıb. Onun sözlərinə görə, Ağır Cinayətlərə dair İstintaq İdarəsinin müstəntiqi Sənan Paşayev ona zəng edərək, Tural Mustafayevin işi ilə bağlı ifadə verməyə çağırıb. Rövşanə Rəhimli müstəntiqə xaricdə təşkil olunmuş tədbirə gedəcəyini, yalnız martın 1-də Bakıya qayıdacağını bildirib: “Sənan Paşayevlə telefonda anlaşdığımızı güman edərək, hava limanına getdim. Lakin orada qeydiyyatdan keçən zaman DSX-nin əməkdaşları ölkədən çıxışıma “Stop!” qoyulduğunu və bu göstərişin Baş Prokurorluq tərəfindən verildiyini bildirdilər. Düşünürəm ki, ölkədən çıxışıma qadağa məhz müstəntiqin göstərişinə əsasən qoyulmuşdur”.

Rövşanə Rəhimli mətbuat vasitəsilə baş prokuror Zakir Qaralova müraciət etdiyini də qeyd edib: “Baş prokuror Zakir Qaralova müraciət edərək xahiş edirəm ki, mənim ölkədən çıxışıma qadağa qoyulması səbəbləri ən qısa zaman çərçivəsində mənə izah edilsin”.

Rövşanə Rəhimli reportyor Tural Mustafayevin keçmiş nişanlısıdır. Tural Mustafayev Xədicə İsmayılı onu ölüm həddinə çatdırmaqda ittiham edir. Faktla bağlı cinayət işi açılıb, Xədicə İsmayıl həbs edilib.

Ana səhifəXəbərlərRövşanə Rəhimlinin ölkədən çıxışına qadağa qoyulub