Rövnəq Abdullayevin kanalı seksual aparıcı axtarır

“Namizəd xanımlar ana dilimizdə mükəmməl danışmalı və yazmalıdı”

Source:


“Namizəd xanımlar ana dilimizdə mükəmməl danışmalı və yazmalıdı”

AFFA Azərbaycan Premyer Liqasının yayım hüququnu bu qurumun prezidenti Rövnəq Abdullayevin nəzarətində olan CBC telekanalına verdi. Bundan sonra CBC-nin “CBC Sport” adlı törəmə kanalı da açıldı. Artıq “CBC Sport” yeni əməkdaşların axtarışına da başalyıb.

Meydan.TV xəbər verir ki, telekanlın aparıcısı Şəmsəddin Abbasov “facebook”da bununla bağlı status paylaşıb:

“Dostlar, biz hələ də qadın aparıcı axtarışındayıq. Gözəl və seksual. Amma namuslu və əxlaqlı. Unutmayın ki, sonuncu məqam əsasdı. Namizəd xanımlar ana dilimizdə mükəmməl danışmalı və yazmalıdı”.

Şəmsəddin bəyin bu statusu bir sıra maraqlı suallar ortaya qoyur. Niyə ancaq qadın aparıcılardan Azərbaycan dilini müəkəmməl bilmək və yazmaq tələb olunur? Axı telekanalda oyunları şərh edən kişi aparıcılar – Şəməddin Abbasovun özü və Doktor Ziya Azərbaycan dilini heç orta səviyyədə  də bilmir. Bilmirlərsə, CBC-də necə işləyirlər? Özləri bacarmadıqları işi xanım aparıcıdan necə tələb edirlər?

İndi isə gələk aparıcının gözəl ve seksual olması ilə bağlı tələbə. Şəmsəddin Abbasov deyib ki, gözəl və seksual aparıcı həm qadınların, həm də kişilərin diqqətini cəlb etməlidi. Bu yaxınlarda Qana Futbol Federasiyasının Rövnəqi – Kvesi Nyantaki bildirmişdi ki, oyunlara azarkeşlərin gəlməsini təmin etmək üçün stadionlara seksual görünüşlü xanımları dəvət etməliyik. Amma Qananın Rövnəqi – Kvesi Nyantaki əxlaq və namus məsələsindən danışmamışdı. Görünür, Qanada əxlaq və namusu müəyyənləşdirəcək kodeks yoxdu.

Maraqlıdır, CBC telekanalı bəyəndikləri namizədlərin əxlaqlı və namuslu olduğunu necə, hansı kriteriyalar əsasında müəyyənləşdirəcəklər?

Ana səhifəXəbərlərRövnəq Abdullayevin kanalı seksual aparıcı axtarır