“Dövlət idarələrində və hüquq-mühafizə orqanlarında çalışanların sayı 2 dəfə aşağı salınmalıdr”
Gündəm Azərbaycanın milli valyutasının kəskin devolvasiyası haqqında Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral qərarıdır. İqtisadçılar, siyasətçilər, politoloqlar və nəhayət, media da bu məsələ üzərində köklənib.Şərhlər müxtəlifdir, göstərilən çıxış yolları da. Ona görəMeydan TV bu dəfə mövzunu 1996-cı ildən ABŞ-da mühacir həyatı yaşayan Milli Məclisin sabiq spikeri Rəsul Quliyevlə müzakirə obyektinə çevirdi.
–
R
ə
sul m
üə
llim, s
ö
hb
ə
timizi c
ə
miyy
ə
td
ə
ş
ok yaradan M
ə
rk
ə
zi Bank
ı
n (MB) manat
ı
n devolvasiyas
ı
haqq
ı
nda q
ə
rar
ı
ndan ba
ş
layaq. Q
ə
rardan bir ne
çə
g
ü
n
ə
vv
ə
l MB
İ
dar
ə
Hey
ə
tinin s
ə
dri Elman R
ü
st
ə
mov devolvasiyan
ı
n t
ə
dric
ə
n ged
ə
c
ə
yini demi
ş
di. O c
ü
ml
ə
d
ə
n, prezident
İ
lham
Ə
liyev yanvar
ı
n 15-d
ə
ke
ç
irdiyi m
üş
avir
ə
d
ə
manat
ı
n dayanaql
ı
oldu
ğ
unu v
ə
he
ç
bir t
ə
hl
ü
k
ə
g
ö
zl
ə
nilm
ə
diyini s
ö
yl
ə
mi
ş
di.
İ
qtisad
çı
lar bu bar
ə
d
ə
şə
rh veribl
ə
r, ancaq sizin yana
ş
man
ı
z
ı
bilm
ə
k ist
ə
yirik…
– Mənim üçün maraqlıdır, iqtisadçılar nə deyirlər?
–
Y
ə
qin ki, oxumusunuz.
– (gülür). İstənilən hadisənin şok yaratmasının əsas səbəbi Azərbaycan cəmiyyətinin qapalı olmasından irəli gəlir. Qapalı cəmiyyət nədir? Hökumət daxilində hansı proseslərin getdiyi, nələrin olduğunu hətta nazirlər də tam detalları ilə bilməkdən məhrum olurlar. Yəni bir nazir bilirsə, o biri nazir xəbərsiz olur, çünki proseslər gizli gedir. Ona görə istənilən hadisə şok təsiri bağışlayır, səbəb bir daha deyirəm: qapalı cəmiyyətdədir. Əgər cəmiyyət qapalı olmasaydı, ağlı başında olan, qəzet oxuyan, hesabata diqqət yetirib nəticə çıxarmağı bacaran adamlar artıq 2014-cü ilin noyabrından nələr gözlənildiyini hiss edərdilər. Həmin tarixdən Azərbaycanın ehtiyat valyuta fondu hər ay yarım milyarddan başlayaraq, 1 milyard və 1 milyard yarım olmaqla itkiyə məruz qalırdı. Ümumiyyətlə, Azərbaycanda maaşların 500-600 manat olması ancaq təbii xammalın hesabınadır. Əgər təbii xammal olmasaydı, maaş orta hesabla 100 manat olmalıydı. 2012-ci ildə neftdən gələn valyuta ehtiyatları pik həddə çatdı və elə həmin ildən ehtiyatlar azalma xətti ilə enməyə başladı. Hökumət o qədər izafi xərclər həyata keçirmişdi ki, artıq vəsait çatmadığından valyuta ehtiyatından istifadə edirdilər. Amma neftin qiymətinin birdən-birdən kəskin düşməsi mənzərəni dəyişdi. Büdcəmizdə də neftin qiyməti 1 barrelə görə 90 dollar nəzərdə tutulub. Təsəvvür edin, neftin qiyməti 50 dollara enəndə hər barreldə 40 dollar itirildi, bununla da xərclə büdcəyə daxil olan vəsait arasında çox böyük fərq yarandı. Bu fərq ehtiyatda olan valyutanın hesabına aradan qaldırılırdı. İndi gələk sualına, nəyə görə hökumət manatın dayanaqlı olduğunu daim deyirdi, obrazlı deyək, manat yıxılmayıb, amma manatın kursu getdikcə düşəcək, 21 fevraldan sonrakı səviyyədə də saxlamaq mümkün olmayacaq. Məsələ ondadır ki, Azərbaycan rəsmiləri Putinin söylədiklərinə arxalanıb həmin bəyanatları səsləndirirdilər. Yəqin Putinin “neftin qiyməti 80 dollara düşsə, dünya iqtisadiyyatı dağılacaq” açıqlamasını eşitmisən. Bu, çox səfeh bəyanat idi. Çünki belə vəziyyətdə büdcəsi neftlə yüklənən ölkələrin iqtisadiyyatı dağıla bilər, nefti olmayan ölkələrdə isə inkişaf gedəcək. Rusiyada neftin qiymətinin enməsini müvəqqəti hesab edirdilər, özünün proqnozu olmayan Azərbaycan rəhbərliyi də Moskvanın dediklərini həqiqət kimi qəbul etdiyindən ehtiyat valyuta hesabına manatın kursunu saxlayırdı. Neftin qiyməti isə qalxmadı və dünya neft bazarının 18 faizini verən Səudiyyə Ərəbistanı təhlilini yayıb göstərdi ki, hasilatı aşağı salmayacaqlar. Səbəb də odur ki, ABŞ-ın kəşf etdiyi yeni texnologiya hesabına çıxartdığı neft bazarı tutacaq. Ona görə ərəblər neftin qiymətinin qalxmağa imkan verməyəcəklərini bəyan etdilər. Ondan sonra hökumət anladı ki, ümidə yer yoxdur, hələ indiki səviyyədə qalsa, böyük şeydir. Məncə, neftin qiyməti 10 dollar da enəcək. Belə olanda, hökumət tədbir görməliydi, başqa çıxış yolu yox idi, axı hər ay manatın kursuna görə 1,5 milyard itirirdi. Hökumət anladı ki, neftin qiyməti bu cür qalsa və hər ay itkiyə getsə, il yarımdan sonra ehtiyat fondunda heç nə qalmayacaq və 1 dollar azı 500 manat olacaq. Bu, artıq iqtisadiyyatın dağılması deməkdir.
–
Amma prezident bildirib ki, 21 fevral q
ə
rar
ı
n
ı
Az
ə
rbaycan xalq
ı
n
ı
m
ü
mk
ü
n riskl
ə
rd
ə
n qorumaq
üçü
n q
ə
bul etdil
ə
r…
– Axı, siz özünüz də 21 fevrala qədər başqa şeyləri xatırlatdınız.
–
Daha do
ğ
rusu, r
ə
smil
ə
rin dediyin xat
ı
rlatd
ı
m…
– İndi də onlar deyir. Mən hesab edirəm ki, manatı saxlamaq mümkün olmayacaq və istər-istəməz qiymətlər də artacaq. Başqa çarəsi yoxdur. Məsələ ondadır ki, Azərbaycana ildə 12-13 milyard dollarlıq xaricdən mal gətirilir, bu malı manatla almaq olmaz. Deməli, ildə 12-13 milyard dollar lazımdır ki, xaricdən mal gətirsinlər. Onun yarısını neftin satışından gələn dollarlarla ödəyirlər, yerdə qalanı isə ehtiyat valyutadan. Mənim danışdıqlarım iqtisadiyyatın çox bəsit formasıdır, bunu bilməmək ayıbdır.
–
Dem
ə
k ist
ə
yirsiniz ki, ba
ş
nazir, MB
İ
H s
ə
dri, nazirl
ə
r dan
ış
d
ı
qlar
ı
n
ı
zdan x
ə
b
ə
rsizdirl
ə
r, yoxsa ba
ş
qa variantlar
ı
olmay
ı
b?
– Manatın məzənnəsinin dəyişməsində onların heç bir variantı yox idi. İkinci, manatın kursu yenə düşəcək, ona qarşı da variantları yoxdur. Çünki büdcənin 80 faizi neft gəlirləri əsasında formalaşıb. Əgər neftin qiyməti iki dəfə düşürsə, deməli, büdcəyə daxilolmalar da o qədər azalacaq. Və bunların nəticəsində büdcədən maaş alan 3 milyon vətəndaşın sosial durumu ağırlaşacaq. Bu, “bir üstə gəl bir bərabərdir iki” kimi hesablamadır. Ümid yalnız “bəlkə də qaytardılar” fikrinədir, yəni neftin qiymətinin artmasına. Məsələn, sabah Rusiya neftinin satışına qadağa qoydular və qiymət qalxdı, bax, hakimiyyətdəkilər bu cür şeylərə ümid edirdi. Bir daha bilin, manatın kursunun düşməsinin qarşısını heç fələk də ala bilməz.
–
Amma prezident 2006-c
ı
ild
ə
n Az
ə
rbaycanda pul islahat
ı
n
ı
n getdiyini deyib. Bu bar
ə
d
ə
n
ə
dey
ə
bil
ə
rsiniz?
– Pul islahatının nə böyük əhəmiyyəti ola bilər? Sadəcə, həddən artıq çoxlu pul kütləsi buraxılır, onu azaltmağın naminə dəyərini 10, 20, yaxud 100 dəfə aşağı salırlar. Axı, bu faktiki olaraq heç bir şeyi dəyişmir. Hansı normal iqtisadiyyatı olan ölkədə pul islahatı olur? Heç bir ölkədə. Ona görə pul islahatının iqtisadiyyatın sağlamlaşdırılmasında heç bir rolu yoxdur. Bu, qısa müddətdə ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır. SSRİ-də 20 dəfə pul islahatı olub, nə olsun?! Sabah Rusiya 1 dollara bərabər olan 70 rublunu islahat edib 1 rublu 1 dollara bərabər edəcək, bunun heç bir təsiri olmayacaq. Yalnız yeganə pul kütləsini azalda bilər, vəssalam!
–
Çı
x
ış
yolunu g
ö
st
ə
rin, h
ö
kum
ə
t hans
ı
add
ı
mlar atmal
ı
d
ı
r?
– İndiki vəziyyətdə çıxış yolu yoxdur. Valyuta ehtiyatları qurtarana qədər hökumət düşünməlidir ki, idxal etdiyi malları, məsələn, 12 milyarddan 2 milyarda necə salmaq olar, daxili bazarda hansı məhsulların istehsalını artırmaq mümkündür? Yaxud polisin, deputatın maaşı orta əməkhaqqından 2-6 dəfə çoxdur, normal ölkələrdə belə şey olmur. Və onların əksəriyyəti də rüşvət alır. Bax, hökumət bu barədə düşünməlidir. Ona görə dövlət idarələrində və hüquq-mühafizə orqanlarında çalışanların sayını 2 dəfə aşağı salmalıdr. Üçüncü, hərbi müdafiəyə xərclənən 3,5 milyardı 1,5 yarıma endirməlidirlər. Onsuz da 3,5 milyardlıq hərbi xərclə Rusiyanın qarşısında dayana bilməyəcəklər, necə ki, Ukrayna dura bilmir. Baxmayaraq ki, ukraynlılar azərbaycanlılardan 50 dəfə çox döyüşkəndirlər. İldə 6 milyard dollar təmir-tikintiyə sərf olunurdu, hamısı da izafi, halbuki, bunların heç biri lazımlı deyildi. Təcili surətdə bunlar dayandırılmalıdır. Amma elə-belə saxlamaq da mümkün deyil. Çünki tikinti obyektlərində yüz minlərlə adam işləyir və bu tikintilər dayananda işsizlər ordusu yaranacaq. Neçə illərdir ki, hökumət istisadi islahatlar etməyib, ümidini neftə bağladığından özünü elə bir dalana salıb ki… Bu dalandan “şok terapiya” olmadan çıxmaq şansı yoxdur. “Şok terapiya”nın millət tərəfindən necə qarşılanacağını da demək mümkün deyil. Düzdür, bizim millət dözümlüdür, amma onunla yanaşı xaotik çıxışlar da millətimizə xasdır.
–
Neftin qiym
ə
tinin enm
ə
sind
ə
n sonra Bak
ı
Vergil
ə
r Departamenti l
əğ
v olundu, Torpaq v
ə
X
ə
rit
əçə
km
ə
Komit
ə
sinin s
ə
lahiyy
ə
tl
ə
ri b
ö
l
üş
d
ü
r
ü
ld
ü
, amma ard
ı
g
ə
lm
ə
di, proses dayand
ı
…
– Gərək davam etdirəydilər. Ancaq əvvəlcədən departamentlərin, nazirliklərin, komitələrin vəziyyətini, nə qədər işçi olmasını, büdcəsini hesablamalıydılar. Yəni bu qurumları bağlamaqla büdcə xərcləri nə qədər azalacaqdı?! Bunların büdcədən xərcləri heç 0,5 faiz də deyil. Ona görə fundamental ixtisarlar getməlidir, bu, o deməkdir ki, dövlət aparatında işləyənlərin sayı 2 dəfə azaldılmalıdr. Konkret olaraq, Prezident Administrasiyasında 3 dəfə ixtisar olmalıdır, orda sovet dövründəki kimi o qədər şöbə kimə lazımdır?! Nazirlər Kabineti, nazirlər elə prezidentin aparatıdır da, onlardan əlavə Prezident Administrasiyası nəyə lazımdır? Məsələn, Nəqliyyat Nazirliyi, bu nazirlik nəqliyyatın meneceri kimi çıxış edir…
–
O zaman, b
ö
y
ü
k i
ş
sizl
ə
r ordusu yaranm
ı
rm
ı
?
– Ona görə dedim ki, riskli vəziyyət yaranıb. Onsuz da işsizlik yaranacaq, ağıl tələb olunur ki, aşağı maaşla çox iş yeri açılsın.
–
Dem
ə
li,
ö
t
ə
n
ə
srin 30-cu ill
ə
rind
ə
ki Amerikan
ı
n depressiya d
ö
vr
ü
n
ü
ya
ş
amal
ı
olacay
ı
q?
– Mən 1998-ci il Rusiyasının defoltunu daha çox görürəm, bu, daha uyğun gələr.
–
Ancaq bu il Bak
ı
da Avropa Olimpiya Oyunlar
ı
, parlament se
ç
kil
ə
ri v
ə
ba
ş
qa beyn
ə
lxalq t
ə
dbirl
ə
r ke
ç
iril
ə
c
ə
k. H
ö
kum
ə
t bunlar
ı
hesablamam
ış
d
ı
m
ı
?
– Əgər hökumət manatın kursundan arxayıncasına danışıb, sonra 21 fevralda başqa qərar qəbul edirsə, yəni 3 gün qabağı görə bilmirlərsə, 1 il qabağı necə görəcək?! Əslində, Olimpiyada bizə lazım deyildi, o cümlədən, bu yarışla bağlı təmir-tikintilərə ehtiyac yox idi, milyardlar gedəcək, sonra nə olacaq, heç nə! “Avrovision” yarışması ilə əlaqədar milyonlarla dollarlıq təmir-tikinti işləri gördülər, indi həmin obyektlər nə gəlir gətirir?! Sözsüz, bunların hamısı izafi xərclərdir. Parlament seçkisini idman yarışı ilə bir sıraya qoyma.
–
M
ə
g
ə
r, se
ç
kil
ə
r
ə
maliyy
ə
ayr
ı
lmayacaq?
– Yeri gəlsə, qəpik-quruş da xərcləyərlər, istəsələr heç onu da ayırmazlar. Yalnız seçki bülletenlərini çap etdirər və “gedin işinizin dalınca” deyərlər. Elə danışırsan, sanki Azərbaycanda parlament seçkiləri böyük prosesdir. Gözə kül üfürmək üçün proses adı verirlər, əvvəldən kimin deputat olması bilinirsə, seçki prosesini sadələşdirilmiş formada da keçirmək olar. Amma olimpiya yarışı çox ciddi hadisədir, çünki ölkənin izafi xərclərini qat-qat artırır. İndiki zamanda bu yarışın keçirilməsi iqtisadiyyata vurulan ən ağır zərbələrdən biridir.
–
İ
qtisad
çı
lar
çı
x
ış
yolu kimi idxal
ü
z
ə
rind
ə
inhisar
çı
l
ığı
n aradan qald
ı
r
ı
lmas
ı
n
ı
, sahibkarlara normal idxal
üçü
n
şə
raitin yarad
ı
lmas
ı
n
ı
, g
ö
mr
ü
k
ö
d
ə
ni
ş
l
ə
rinin azad
ı
lmas
ı
n
ı
v
ə
ya m
üə
yy
ə
n m
ü
dd
ə
t
ə
vergil
ə
rd
ə
n azad edilm
ə
sini t
ə
klif edirl
ə
r. Bu t
ə
klifl
ə
r n
ə
z
ə
r
ə
al
ı
nsa, prosesin a
ğ
r
ı
l
ı
m
ə
rh
ə
l
ə
sini normal
şə
kild
ə
ke
ç
m
ə
k olarm
ı
?
– İqtisadçıların təklifləri normaldır, amma sözdür. O mənada ki, hökumətin biznesmenin fəaliyyətinə müdaxilə etməməsi barədə təklifi çoxdan reallaşmalıydı. İndi də gec deyil, bu istiqamətdə təcili addımlar atılmalıdır. Amma vergiyə gəlincə, fermerlər üçün bunu tətbiq etmək olar. Bunları həyata keçirmək üçün gərək Azərbaycan Ümumdünya Ticarət Təşkilatından çıxsın…
–
Az
ə
rbaycan h
ə
min t
əş
kilata h
ə
l
ə
ü
zv d
ə
deyil…
– Mən elə bilirdim üzvdür. Allahın Rusiyası üzv oldu, amma Azərbaycan hələ olmayıb. İqtisadçıların təkliflərinin nəzərə alınması üçün hesablama aparılmalıdır, bu isə makroiqtisadiyyatdan, dövlət büdcəsindən başlayır. Birinci, hesablasınlar ki, insan acından ölməmək üçün gündə nə qədər yeməlidir? İflasa uğrayan dövlət üçün hesablasınlar ki, minimum dövlət büdcəsinə nə qədər pul lazımdır? İndiki kimi 19 milyard yox, 4 milyard lazımdır və bunun əsasında verilən təkliflərin həyata keçirilməsi müəyyənləşməlidir. Vergilər aşağı salınmalıdır, gömrükdən başlanmalıdır, konkretləşməlidir, hansı mallar üçün nə qədər vergi aşağı salınmalıdır və bunun büdcəyə təsiri necə olacaq? Bunlar hesablanandan sonra qərar qəbul edilməlidir.
–
B
ə
s m
ə
mur oliqarxiyas
ı
, inhisar
çı
l
ı
q v
ə
korrupsiya?
– Bunları gərək dünən aradan qaldıraydılar. Korrupsiya, inhisarçılıq cinayətdir, bunu biz yox, qanunlar deyir. Sadəcə, cinayətin qarşısını almaq lazımdır, yeni şey yazmağa ehtiyac yoxdur. Azərbaycan qanunvericiliyində yazılmayıb ki, filan məhsulu inhisara almaq olar, ya da korrupsiyaya yol vermək mümkündür. Monopoliyanın aradan qaldırılmasının bir yolu var: dövlət biznesmenin işinə müdaxiə etməsin. Bizdə belədir: iş adamı iş qurmaq istəyirsə, mütləq idarələri, komitələri, nazirlikləri rüşvət verə-verə keçməlidir. O da imkan versələr, çünki nazirin biri deyir ki, yox, bu, onun biznesidir, çəkil kənara. Bunların üzərindən xətt çəkilməlidir.
–
H
ö
kum
ə
t dediyiniz x
ə
tti
çə
k
ə
bil
ə
c
ə
kmi?
– Məncə, yox. Çünki hökumət özü yaradıb monopoliyanı da, korrupsiyanı da. Hökumət özü doğduğu uşağı öldürə bilərmi? Mən bunu bilmirəm.
–
Dem
ə
k ist
ə
yirsiniz ki,
“
bal
ı
q ba
ş
dan iyl
ə
nib
”
…?
– (gülür) Çox maraqlı sualdır. Bu sualı elə-belə, özün üçün verirsən?
–
R
ə
sul m
üə
llim, m
ü
sahib
ə
al
ı
ram…
– Başa düşürəm, məgər, elə bir vaxt olub ki, aşağıdan nəsə çürüsün, yaxud iylənsin, yuxarı da tərtəmiz qalsın? Yox, elə bir şey olubmu ki, bu sual da ortaya çıxır?!
–
Art
ı
q b
ö
hran ba
ş
lay
ı
b, bu m
ə
nada siyasi gedi
ş
i nec
ə
g
ö
r
ü
rs
ü
n
ü
z?
Çü
nki prezident bildirdi ki, Az
ə
rbaycan xalq
ı
ö
z se
ç
imini edib, siyasi sabitlik var…
– Azərbaycan ona görə sabitdir ki, neft gəlirlərinin bir hissəsi süni yolla, camaatın xidməti olmadan paylanır. Tutaq ki, 5 milyonun 3 milyonu dövlət büdcəsindən maliyyələşir. Ona görə siyasi vəziyyət sabitdir, prezident onu düz deyir. Prezidentin söylədiyinin mənası odur ki, onun rejiminə qarşı çıxa biləcək qüvvə yoxdur. Bu, həqiqətdir.
–
Amma insanlar naraz
ı
d
ı
r…
– Narazı olmaq başqa, 70 illik sovet hökumətindən də 50 il idi narazılıq vardı. Bu, o demək deyil ki, sovet hökumətini yıxırdılar. İnsan xarakter baxımından heç vaxt razı olmur, bu, bir hissdir. Hökumətin və müxalifətin paralel apardığı siyasət elə bir şərait yaradıb ki, ölkədə mütləq sabitlikdir. Yaxın gələcəkdə də hansısa qüvvənin çıxa biləcəyi görünmür, defolt olsa belə. Mən hökumətə qarşı çıxa biləcək qüvvə görmürəm.
–
Bunun psixoloji s
ə
b
ə
bl
ə
ri d
ə
var, insanlar qorxur…
– Aydındır ki, insanlar qorxur. Yəni o dərəcədəmi 9 milyonun hamısı qorxur? Heç meşədə canavardan o qədər qorxmurlar. Sən bu cür düşünürsən?
–
Yox, el
ə
deyil. Bax
ı
n, Az
ə
rbaycanda 100-
ə
yax
ı
n siyasi m
ə
hbus var, siz d
ə
daxil olmaqla y
ü
zl
ə
rl
ə
insan siyasi m
ü
hacir
ə
td
ə
dir, b
ü
t
ü
n bunlar toplan
ı
b-toplan
ı
b
ö
lk
ə
ni indiki duruma g
ə
tirm
ə
yibmi?
– Yox, gərək obyektiv baxasan. Obyektivlik ondan ibarətdir ki, Azərbaycanda heç vaxt hakimiyyətə qarşı mübarizə təşkilatlanmış şəkildə aparılmayıb. Hadisələr “stixiyni” baş verib. Qorbaçovun yenidənqurmasında ən gec ayağa qalxan millət biz olmuşuq.
–
Niy
ə
el
ə
deyirsiniz, b
ə
s Orta Asiya xalqlar
ı
?
– İndi sən Şimali Koreyanı da misal gətirəcəksən, bu, düzgün deyil. Biz Avropa qitəsindən danışırıq, yoxsa hansı qitədən?!
–
Siz SSR
İ
r
ə
hb
ə
ri Qorba
ç
ovun yenid
ə
nqurmas
ı
ndan dan
ış
d
ı
n
ı
z…
– Orta Asiyanı niyə misal çəkməliyəm, Avropada olan ölkələr olduğu halda? Elə Ermənistanı, Gürcüstanı, Ukraynanı, Moldovanı götür. Orta Asiyanın mentalı tamam başqadır. Bizi çox vaxt Asiya sayırlar, onda Türkmənistan kimi oturaq səsimizi çıxartmayaq da. Əgər özümüzü avropalı sayırıqsa, avropalı kimi də düşünməyi bacaraq. Ümumiyyətlə, azərbaycanlılar təşkil olunmuş şəkildə mübarizə aparmağı bacaran millət deyil. Adi misal, 1992-ci ildə AXC təsadüfən hakimiyyəti götürdü, Heydər Əliyev isə qanunauyğun halda hakimiyyətə gəldi. Əliyev gələndən sonra AXC və ondan ayrılan partiyalar addım-addım erroziyaya uğrayıb. 1994-cü ildə bu partiyaların gücü indikindən 100 dəfə çox idi. 2005-ci ildən sonra tamamilə sıradan çıxdılar. Ona görə prezident deyəndə ki, Azərbaycanda sabitlikdir, düz deyir. Avropa ölkələrinin rəhbərləri də ona inanır. Çünki onlar Azərbaycana baxıb görür ki, prezidentin müxalifəti, həm də hərbi müxalifəti yoxdur, eyni zamanda, hökumətin daxilində intriqa hesabına yaranmış müxalifət də yoxdur. Bu 3 faktora görə sabitlikdir. Ancaq başqa bir əsas məqam var, paralel olaraq Azərbaycan xalqının xarakteri, xüsusiyyətini unutmayaq. Bayaq dediyin qorxu məsələsi, bax, xalq ekstaz vəziyyətinə düşəndə o zaman tamamilə başqa mənzərə yaradır, heç nəyi görmür. 1990-cı il yanvar hadisələrindən əvvəlki dövrü xatırlayın, yaxud Quba, İsmayıllı olayları. Bu mənada prezident sabitliyin əbədi olduğunu düşünürsə, böyük səhvə yol verir. Prezident sadəcə, Azərbaycan xalqının xarakterini bilmir. Xalq hər şeyi içinə yığır-yığır, birdən partlayanda dağıdıcı vəziyyət yaranır. Ona görə sabitliyin davam edəcəyinə ümid etmək olmaz.
–
Sizin m
ü
sahib
ə
nizi oxuyanlar dem
ə
z ki,
ö
z xalq
ı
ndan b
ə
dg
ü
man v
ə
onu qorxaq hesab ed
ə
n R
ə
sul Quliyev h
ə
l
ə
d
ə
prezident olmaq ist
ə
yir?
– Əksinə, sən dedin ki, qorxaqdır.
–
Yox, sizin d
ə
dediyinizd
ə
n bel
ə
m
ə
ntiq yarand
ı
.
– Yox, mən dediyimdən elə çıxmır. Mən deyirəm ki, Azərbaycan xalqı hər şeyi içinə yığır-yığır sonra partlayanda dağıdıcı olur. Elə vəziyyətdə xalq heç kimlə müqavilə bağlamağa, yaxud razılığa getmir, sona qədər döyüşür. Bu, çox təhlükəlidir. Ona görə prezident bu gün sabitlikdən danışırsa, səhv edir. Qərb ölkələrinin liderləri bunu belə qəbul edə bilər, çünki onlar tariximizi yaxşı bilmirlər, bir az da xalqımıza yuxarıdan aşağı baxırlar və bədgümandırlar. Görürlər ki, Gürcüstanda, Ermənistanda Azərbaycanla müqayisədə demokratiya var. Hesab edirəm ki, Azərbaycan hökuməti təhlükəli lokal üsyanlar qapını döyəndə ayılacaq.
–
Y
ə
qin ki, bu m
ə
s
ə
l
ə
d
ə
zaman dey
ə
bilm
ə
zsiniz?
– Qiymətlər 35 faiz qalxanda, manat da 35 faiz düşəndə lokal çaxnaşmalar başlayacaq, artıq o zaman onun qarşısını almaq mümkün olmayacaq.
–
Sizin bir
şə
kliniz var, El
ç
ib
ə
yl
ə
Heyd
ə
r
Ə
liyev
ö
p
üşü
b-g
ö
r
üşü
r, siz d
ə
ortada dayanm
ı
s
ı
n
ı
z. Bu m
ə
nada b
ü
t
ü
n ba
ş
ver
ə
nl
ə
r
ə
g
ö
r
ə
, y
ə
ni 1993-c
ü
ild
ə
Heyd
ə
r
Ə
liyevin hakimiyy
ə
t
ə
g
ə
lm
ə
sin
ə
g
ö
r
ə
ö
z
ü
n
ü
z
ü
g
ü
nahkar v
ə
m
ə
suliyy
ə
tli hesab edirsinizmi?
– Bəli, elə bir şəkil var. Amma Heydər Əliyevin hakimiyyətə gəlməsində bəlkə də Azərbaycanda ən az məsuliyyət daşıyan adam mənəm. Heydər Əliyevin hakimiyyətə gəlməsinin birinci səbəbkarı hakimiyyəti idarə edə bilməyən AXC-dir, ikinci səbəbkar, ona qucaq açıb bağrına basan Azərbaycan xalqıdır. Mənim rolum ondan ibarət olub ki, onun qan tökülmədən gəlişinə kömək etmişəm. Düzdür, mən Heydər Əliyevin tərəfdarı olmuşam, amma 1993-cü ildən yox, 1982-ci ildən. 1987-ci ildə onu Siyasi Bürodan uzaqlaşdıranda Azərbaycanda hamı, indiki hökumətdə olanlar da ondan üz döndərəndə, yeganə mən qaldım. 1991-ci ildə o, Ali Sovetə gələndə heç kim ona yaxın gəlmirdi, çıxış edəndə də ayaqlarını yerə döyürdülər, hətta Hacı Seyfəl tapança çıxardıb hücum etmişdi, mən qarşısını almışam. Fasilə zamanı tək qalmışdı, yaxınlaşıb görüşüb özümü təqdim etmişəm, ona qədər bir-birimizi tanımamışıq.
–
Y
ə
ni onun hakimiyy
ə
t
ə
g
ə
li
ş
i art
ı
q real idi?
– Heydər Əlyevin gəlməmək şansı yox idi. Heydər Əliyev gəlməsəydi, Mütəllibovla Surət Hüseynov gəlməliydi, başqa çarəsi yox idi! AXC başqa variant qoymamışdı. İndi də həmin adamlar müxalifət liderləridir, belə adamlar yenidən necə hakimiyyəti ala bilərlər?!
–
Amma siz 1996-c
ı
ild
ə
n sonra Heyd
ə
r
Ə
liyev
ə
qar
şı
s
ə
rt ittihamlar ir
ə
li s
ü
rd
ü
n
ü
z, h
ə
tta onun m
ə
hk
ə
m
ə
qar
şı
s
ı
nda oturmas
ı
n
ı
t
ə
l
ə
b etdiniz…
– Bir dəqiqə, məgər, mən həmin fikirlərimdən daşınmışam?! Siz konkret sual verdiniz, mən də konkret cavab verdim.
–
B
ü
t
ü
n hallarda pe
ş
man
çı
l
ı
q hissi yoxdurmu?
– Peşmançılıq hissi ondadır ki, mən Heydər Əliyevə dəhşətli dərəcədə inanırdım. Mən 100 faiz fikirləşirdim ki, bu yaşda olan adam gəlib Azərbaycanda dərin demokratiyalı cəmiyyət yaradacaq. Mən ancaq ona peşmanam ki, diktatura yaratmaq istədiyini əvvəlcədən anlaya bilməmişəm.
–
B
ə
s n
ə
vaxt anlad
ı
n
ı
z?
– Elə 1993-cü ilin sonunda anladım. O zaman Əliyev ölkənin 90 faiz səsini almış prezidenti idi.
–
Amma parlamentin spikeri kimi sizin d
ə
t
ə
sir imkan
ı
n
ı
z var idi…
– Elə diktaturanın yaranmasının zamanını 3 il mən uzatmışam da, yoxsa başqa mənzərə yaranmışdı. 1995-ci ildə qəbul olunan Konstitusiyaya “1 nəfərin iki dəfədən artıq prezident ola bilməz” maddəsini mən yazmışam, zorla.
–
M
ə
g
ə
r, Heyd
ə
r
Ə
liyev 3 d
ə
f
ə
yaz
ı
lmas
ı
n
ı
ist
ə
yirdi?
– 3 yox, ümumiyyətlə, müddət qoyulmasına qarşı çıxırdı, ətrafındakıların hamısı da onu dəstəkləyirdi. İki-üç nəfər mənə dəstək verdi, müzakirələrə Etibar Məmmədovun partiyasından da nümayəndə daxil etmişdim, ancaq onlar da Əliyevin əleyhinə çıxmadılar. Nə isə, oldu keçdi və həmin hadisələrin bugünkü Azərbaycanın vəziyyətinə rolu olubsa, indi yoxdur. Heydər Əliyev 22 il əvvəl gəlib indiki rejimi yaratdı və bu rejimə görə Azərbaycan mövcud vəziyyətdədir. O zaman kimin günahkar, kimin günahsız olmasının heç kimə istisi, soyuğu yoxdur.
–
Ancaq Az
ə
rbaycan xalq
ı
etiraflar g
ö
zl
ə
yir…
– Mən həmin hadisələr barədə 4 kitabımda yazmışam, hər şey var orda, etiraf da, qeyri-etiraf da. İndi bunlar mənasız suallardır…
–
Niy
ə
ki? Sual yaran
ı
r, 70-ci ill
ə
ri g
ö
r
ə
n R
ə
sul Quliyev bird
ə
n-bir
ə
90-c
ı
ill
ə
rd
ə
Heyd
ə
r
Ə
liyevin hakimiyy
ə
t
ə
g
ə
lm
ə
sini n
ə
üçü
n ist
ə
di?
– (gülür). Mən 1970-ci ildə institutu bitirdim, o da bir il əvvəl hakimiyyətə gəlmişdi. Oxuduğum 5 ildə Azərbaycanda baş verən bütün neqativ halların şahidiydim, rüşvət artıq başlamışdı. Heydər Əliyevin 1982-ci ilə qədər çıxışlarına baxsan, hamısı rüşvət və korrupsiyanın əleyhinə həsr olunmuşdu. İkinci, Heydər Əliyev hakimiyyətə gələndə, Bakı şəhərində Azərbaycan dilində danışmağa xəcalət çəkirdik, çünki öz dilində danışanları “çuşka” adlandırırdılar. Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi kimi Azərbaycan dilində gözəl çıxışlar etməklə Bakı şəhərində dilimizi bərpa etdi. Biz respublikada baş verənləri bolşeviklərin siyasətinə bağlayırdıq. Hesab edirdik ki, Heydər Əliyev bolşeviklərin siyasəti ilə müqayisədə mələkdir. O zaman Azərbaycan Rusiyanın bir əyaləti idi.
–
Ali m
ə
kt
ə
bl
ə
rd
ə
is
ə
1969-cu ild
ə
n sonra r
üş
v
ə
t adi hala
ç
evrilmi
ş
di…
– Bəli, həddən artıq artmışdı, sonradan hər şey arta-arta gedirdi. Məsələ ondaydı ki, SSRİ-də də hər şey artırdı.
–
Yad
ı
n
ı
za g
ə
lirmi ki, siz parlamentin spikeri olark
ə
n universitet r
ə
hb
ə
rl
ə
ri il
ə
g
ö
r
üş
d
ə
onlar
ı
n test
ü
sulundan
ş
ikay
ə
tin
ə
cavab vermi
ş
diniz ki, gedin,
ə
vv
ə
l nec
ə
i
ş
l
ə
mi
ş
dinizs
ə
, el
ə
d
ə
davam edin…?
– Yox, mən elə şey demərəm, mümkün olan şey deyil. Ola bilər, test üsulunun təkmilləşməsinin vacibliyindən danışıb deyəm ki, hələ təkmilləşməyib, ona görə gedin, necə bilirsiniz elə də işləyin. Amma necə istəyirsiniz işləyin, rüşvət alıb işləyin, belə demək mümkün deyil. Çünki mən gözümü açandan rüşvət və korrupsiyadan zəhləsi gedən olmuşam, heç vaxt bununla barışmamışam.