Vəkil: “Məqsəd ölkədə tənqidçi mövqedə dayananları susdurmaqdır”
Aprelin 14-da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəmə prosesi keçirilib.
Meydan TV-in proseüsi izləyən əməkdaşı bildirib ki, vəkillər Əlibaba Rzayev və Fariz Namazlı müdafiə çıxışı ediblər.
Vəkil Əlibaba Rzayev Rəsul Cəfərova qarşı irəli sürülən ittihamların bir sıra QHT-lərlə bağlı başlanmış cinayət işinin tərkib hissəsi olduğunu deyib. Məqsəd ölkədə tənqidçi mövqedə dayananları susdurmaqdır.
Vəkilin sözlərinə görə, prokurorun Rəsul Cəfərova 9 il iş istəməsi də qərəzin göstəricisidir: “Bir adam həm qanunsuz sahibkarlıq fəaliyyətində, həm də mənimsəmədə ittiham olunur. Bu da məntiqsizdir. Sahibrkarlıqla məşğul olubsa, məniməsəmə necə ola bilər. Əgər mənimsəmə olubsa, hansı sahibkarlıq fəaliyyətindən söhbət gedir? Maraqlıdır ki, mənimsənildiyi iddia olunan vəsaitə həm də vergi hesablanıb. Bu da məntiqsizdir”.