Rəsul Cəfərovun işində zərərçəkmişlər etiraz etdilər

Onlar adlarının zərərçəkmişlər siyahısından çıxarılmasını istəyiblər

Source:


Onlar adlarının zərərçəkmişlər siyahısından çıxarılmasını istəyiblər

Fevralın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəmə prosesi davam edib. Prosesdə iştirak edən Meydan TV-nin əməkdaşı məlumat verir ki, zərərçəkmiş qismində məhkəməyə qatılan Cavanşir Əhmədov və Nicat İmranlı adlarının zərərçəkmişlər siyahısından çıxarılmasını istəyiblər. Onlar bu işdə heç bir zərər çəkmədiklərini bildiriblər.

Şahid Tatyana Kryuçkina ifadə vermək üçün tərcüməçiyə ehtiyacının olduğunu deyib. Hakim hazırda tərcüməçinin olmadığını və onun iştirakı üçün məhkəməni 5 mart saat 10:30-a təxirə saldığını açıqlayıb.

Rəsul Cəfərov 2 avqust 2014-cü ildə QHT-lərlə bağlı başlanmış cinayət işi üzrə saxlanılıb və Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunur.

Ana səhifəXəbərlərRəsul Cəfərovun işində zərərçəkmişlər etiraz etdilər