Rəsul Cəfərova 3 ay həbs verildi

Ona qarşı üç maddə ilə ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsinə aparılan Rəsul Cəfərovun barəsində həbs qəti-imkan tədbirinin seçilib.

Source:


Ona qarşı üç maddə ilə ittiham irəli sürülüb.

Nəsimi rayon Məhkəməsində Rəsul Cəfərov barəsində 3 aylıq həbs qəti-imkan tədbirinin seçilib. Ona qarşı irəli sürülən ittihamlardan biri 6 min manat məbləğındə vəsaitin vergidən gizlədilməsidi. Tezliklə Meydan TV-nin bununla bağlı video reportajı olacaq.


***

Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılan hüquq müdaifəçisinə qarşı Respublika Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, virgidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Hazırda o İdarədən Nəsimi rayon Məhkəməsinə aparılıb. Rəsul Cəfərovun barəsində həbs qəti-imkan tədbirinin seçiləcəyi gözlənilir.

Jurnalist Xədicə İsmayılın öz Facebook səhifəsində yazdığı statusunda bildirib ki, Rəsul Cəfərovla birgə QHT təsis edən vəkil Elçin Sadıqova da təzyiqlər olunur. Ondan R.Cəfərovu təşkilatdan uzaqlaşdırmaq tələb olunub.

Rəsul Cəfərov 31 iyunda da İstintaq İdarəsinə çağırılaraq bir neçə saat dindirilib və həmin gün mənzilində də axtarış aparılıb.

İyunda Rəsul Cəfərovun bank hesabına həbs qoyulub və 25-də Gürcüstana tədbirə getmək istəyərkən sərhəddə ona Prokurorluğun hüquq müdafiəçisinə ölkəni tərk etməyin qadağaı edildiyi bildirilib.

Rəsul Cəfərov həm də Real-in  İdarə Heyətinin üzvüdür.

Ana səhifəXəbərlərRəsul Cəfərova 3 ay həbs verildi