Rəsul Cəfərov müraciətinə aydınlıq gətirdi

“Müraciətimdə möhtərəm sözündən istifadə etməyimi, çatışmazlıqlar və nöqsanları etirafımı mübahisələndirilməsini anlamıram”

Source:


“Müraciətimdə möhtərəm sözündən istifadə etməyimi, çatışmazlıqlar və nöqsanları etirafımı mübahisələndirilməsini anlamıram”

Bir neçə ay əvvəl həbs olunan hüquq müdafiəçisi Rəsul Cəfərov oktyabrın 18-də növbəti açıqlama yayıb. O, prezident İlham Əliyevə və Baş Prokuror Zakir Qaralova ünvanladığı müraciətə aydınlıq gətirib.

Prezident İlham Əliyevə və Baş Prokuror Zakir Qaralova yazılan muraciətlərlə bağlı sonuncu dəfə öz münasibətimi bildirirəm:

1. Müraciətləri heç bir təzyiq olmadan, könüllü və səmimi şəkildə yazmışam, əsas məqsədim azadliğa çıaxaraq əvvəlki hüquq müdafiə fəaliyyətimi davam etdirmək olub;

2. Bu əfv ərizəsi deyildi, barəmdə hökm olmadan əfv ede bilməyəcəyim hamıya, o cümlədən özümə məlumdur;

3. Müraciətimdə möhtərəm sözündən istifadə etməyimi, çatışmazlıqlar və nöqsanları etirafımı mübahisələndirilməsini anlamıram, bunu həbsimin cılızlaşdırılması kimi qiymətləndirirəm. Heç kim deyə bilməz ki, o və fəaliyyəti idealdır, hamıda nöqsan və çatışmazlıqlar ola bilər, bu mənə qarşı irəli sürülən ittihamlarla razılaşmaq demək deyil;

4. Müraciətləri bu ərəfədə ona görə etdim ki, barəmdə seçilmiş 3 aylıq həbs qətimkan tədbiri sona çatır və mən həbsdə bir günümü belə itirməyərək azadlığa çıxandan sonra hüquq müdafiə fəaliyyətimi davam etdirmək istəyirəm, prinsip və dəyərlərimə qarşı çıxmağı yox və hakimiyyəti bütün siyasi məhbusları azadlığa buraxmağa çağırıram:

5. Ən nəhayət bu gün ən azından həbsdən ev dustaqlığına buraxılmaq xahişimin üzərində dayanıram.

Açıqlama Rəsul Cəfərovun Facebook səhifəsində yayılıb.

Ana səhifəXəbərlərRəsul Cəfərov müraciətinə aydınlıq gətirdi