Rəsul Cəfərov beynəlxalq ictimaiyyətə müraciət etdi

Həbsim baş verdi və hazırda sizlərin dəstəyinə ümid edirəm!

Source:


Həbsim baş verdi və hazırda sizlərin dəstəyinə ümid edirəm!

Xanımlar və cənablar, Əziz dostlar!

Diqqətinizə çatdırmaq istərdim ki, mənə qarşı irəli sürülmüş ittihamlar tamamilə qanunsuz və əsassızdır. Soruşa bilərsiniz ki, niyə? Çünki,


1

. Mən 25 Avqust 2008-ci ildə sahibkar kimi vergi orqanlarında qeydiyyatdan keçərək, VÖEN almışam. Həmin dövrdən son zamanlaradək mən cəlb edildiyim layihələr və göstərdiyim xidmətlərin müqabilində edilən ödəniş və müxtəlif fondlardan daxil olan vəsaitlər hesabına müvafiq vergiləri, eləcə də sığorta zamanında və tam olaraq ödəmişəm. Bunu müvafiq vergi orqanına rəsmi sorğu göndərməklə də araşdırmaq mümkündür.


2.

«Human Rights Club» 2010-cu ilin dekabr ayında təsis edilib və təsisçilərin qərarı ilə mən həmin təşkilatın sədri seçilmişəm. Sözügedən qurum dövlət qeydiyyatından keçmək üçün dəfələrldə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edib. Olunan müraciətlərdən qeyri-qanuni imtina edilməsi səbəbindən Azərbaycandakı müvafiq məhkəmə prosesləri qaldırılıb, hazırda isə məsələyə Avropa Məhkəməsində baxılır.

Qeydiyyatdan keçmək üçün üsulların axtarılması və apelyasiya şikayətlərindən imtina edilməsi prosesi 2011-ci ildən 2013-cü ilədək davam edib; Həmin dövrdə mövcud qanunvericiliyin QHT-lərin qeydiyyatdan keçmədən fəaliyyət göstərməsinə icazə verməsi səbəbindən, «Human Rights Club» tərəfindən 2011-2013-cü illər ərzində çoxsaylı layihələr həyata keçirilib. Bu layihələrin hər biri donor təşkilatlarla imzalanmış müqavilələr əsasında həyata keçirilib ki, sonradan mən həmin müqavilələri könüllü olaraq Baş Prokurorluğa təqdim etmişəm. Bundan əlavə Ədliyyə Nazirliyi bu müqavilələrin imzalandığı barədə yazılı şəkildə məlumatlandırılıb.

Bununla yanaşı, «qrant» şəklində ayrılan vəsait gizli və qeyri-şəffaf üsullarla deyil, qanuni yolla yoxlanılması mümkün olan bank hesabları vasitəsilə köçürülərək, qəbul edilib. «Human Rights Сlub» dövlət qeydiyyatında olmadığından, daxil olan vəsait təşkilatın rəhbəri kimi mənə məxsus bank hesabına köçürülüb. Belə olan halda, söhbət hansı qeyri-qanuni sahibkarlıq fəaliyyəti və vəzifə səlahuyyətlərindən sui-istifadədən gedə bilər?

O zaman sizdə belə bir sual yarana bilər ki, mən nə üçün həbs olunmuşam?


a

. Gəlin müstəntiqlər tərəfindən təhqiq edilən və ittiham aktında öz əksini tapmış layihələrə diqqət yetirək:

– «Eurovision» mahnı müsabiqəsi ilə əlaqəli – «Demokratiya üçün oxu» layihəsi: «Demokratiya üçün incəsənət» layihəsi insan hüquqlarının qorunmasına diqqət çəkmək üçün incəsənətin müxtəlif növlərindən: nümunə üçün, seçki öncəsində seçicilərin səsvermədə iştirakının artırılması və digər məqsədlərlə istifadə edir. Yerli və beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmaqla yanaşı, bütün bu layihələr hakim partiyanın rəsmi orqanı olan «Yeni Azərbaycan» kimi qəzetlərdə dərc olunan böhtan xarakterli məqalələrə qarşı yönəlmişdi.


b

. Azərbaycan höküməti hər yerdə və ən yüksək səviyyədə ölkədə bir nəfər də olsun siyasi məhbusun olmadığı ilə bağlı mübahisə edir. Lakin, mən və həmkarlarım bu məsələdə mübahisə etmir, Azərbaycanda siyasi məhbusların olduğunu isbat edirik.


c.

Avropa Şurası Parlament Assambleyasının həbsimdən bir qədər öncə, 2014-cü ilin iyun ayında keçirilən sessiyası zamanı Azərbaycanda insan hüquqlarının qorunması sahəsindəki vəziyyətlə bağlı dəyirmi masa təşkil edilmişdi. Mən dəyirmi masanın texniki aspektlərindən başlayaraq, məzmununa qədər bütün məsələlərin içərisində olan şəxs idim (Hazırda cinayət təqibinə məruz qalan İntiqam Əliyev, Emin Hüseynov və Rəşid Hacılı ilə birlikdə). Mən həmçinin İlham Əliyevin çıxış edəcəyi gün keçirilməsi planlaşdırılan fleşmobun təşkili məsələlərinə də cəlb edilmişdim. Və nəhayət, ötən 2-3 il ərzində hər kəs yarı zarafat-yarı gerçək məndən həbs olunub-olunmayacağımı soruşurdu. Bu baş verdi və hazırda sizlərin dəstəyinə ümid edirəm! Təşəkkürlər!


Hörmətlə, Rəsul Cəfərov


Bakı İstintaq Təcridxanası (Kürdəxanı qəsəbəsi)

Ana səhifəXəbərlərRəsul Cəfərov beynəlxalq ictimaiyyətə müraciət etdi