Vəzifəli şəxslərdə də virusla bağlı testin nəticələri müsbət çıxıb

Koronavirusa yoluxmuş 72 yaşlı B.Məmmədov xəstəxanalardan birinin xüsusi təhlükəli infeksiya şöbəsində müalicə alır.

Source: Foto: sosial şəbəkə


Onlar ikinci testin nəticələrini gözləyirlər

“Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovda koronavirus testinin nəticəsi pozitiv çıxıb”.

Bunu “Report”a açıqlamasında 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov deyib.

Deputat əvvəlcə icra başçısının müavini ilə əlaqə saxladığını bildirib: “A.Dilavərovla əlaqə saxlayan zaman bildirdi ki, icra hakimiyyətinin bütün işçiləri koronavirusla bağlı test yoxlanışından keçirilib. A.Dilavərovun test yoxlanışının nəticəsi pozitiv çıxıb”.

E.Nəsirov qeyd edib ki, hazırda icra başçısının müavini xəstəxanada karantinə alınıb: “Amma heç bir müalicə almır. Buna səbəb A.Dilavərovun ikinci test yoxlanışının nəticəsini gözləməsidir”.

Deputat vurğulayıb ki, A.Dilavərov sağlamlığında heç bir problem olmadığını və özünü pis hiss etmədiyini də söyləyib.

Martın 28-də Füzuli rayonunun keçmiş polis rəisi, Qarabağ müharibəsinin iştirakçısı olmuş Bünyad Məmmədovun da virusa yoluxması haqqında məlumat verilib. Keçmiş rəisin özü bunu AzTV-yə müsahibəsində deyib.

Koronavirusa yoluxmuş 72 yaşlı B.Məmmədov xəstəxanalardan birinin xüsusi təhlükəli infeksiya şöbəsində müalicə alır. O bildirib ki, daha sonra həkimlər onu xəstəxanaya aparıblar:

"Dövlətin qoyduğu qanunlara riayət edilməlidir ki, xəstələnməyək, müəyyən hisslərə düçar olmayaq. 20 il müharibədə olmuşam. Koronavirusla da müharibə aparacağam, ancaq o müharibə ilə bu mübarizə, demək olar ki, eynidir. Diqqətli olmaq, ciddi yanaşmaq, özünü qorumaq lazımdır".

Meydan TV-nin aldığı məlumata görə, SOCAR-ın məsul işçilərindən birinin xanımında da koronavirusla bağlı testin nəticələri müsbət çıxıb. O, SOCAR-a bağlı media qurumlarının birində insan resursları üzrə çalışır. Fakt Meydan TV-yə həmin media qurumundan təsdiqlənsə də, adların açıqlanmaması xahiş olunub. Bildirilib ki, həmin xanım xeyli vaxtdır işə çıxmır və kollektivlə ünsiyyətdə olmayıb. Hazırda o, ikinci testin nəticələrini gözləyir.

Ana səhifəSosialVəzifəli şəxslərdə də virusla bağlı testin nəticələri müsbət çıxıb