Rəsmi Bakıya insan haqlarına hörmət çağırışı

“Parodoksal hadisədə maraqlı olan Azərbaycanın AŞ-sı Nazirlər Kabinetinin sədri olmasıdır”

Source:


“Parodoksal hadisədə maraqlı olan Azərbaycanın AŞ-sı Nazirlər Kabinetinin sədri olmasıdır”

Mərkəzi ofisi Londonda yerləşən Beynəlxalq Vəkillər Kollegiyası Assosiasiyası (İBAHRİ) Avropa  Şurasının Nazirlər  Kabinetini Azərbaycanın vətəndaş cəmiyyəti üzvlərinin  həbslərinin narahatedici tendensiyasının qarşsıını almaq üçün təcili  tədbirlər görməyə  çağırır.

Xüsusilə, IBAHRI vəziyyəti müzakirə etmək və son həbsləri pisləyən qətnamə hazırlanmaq məqsədilə Baş katibi Kabinetinin təcili iclasıni keçirməyə çağırır.

Bu barədə assosiasiyanın məlumatında deyilir.

İBAHRİ-nin həmtəsisçisi Helena Kennedi deyir : “Bu narahatedici və parodoksal hadisədə maraqlı olan Azərbaycanın AŞ-sı Nazirlər Kabinetinin sədri olmasıdır. Bu ölkənin öz  yurisdiksiyasında  vətəndaş cəmiyyətinə qarşı sərt olan dramatik  hadisələr baş verir.

Azərbaycan AŞ-nın demokratik dəyərlərini təmsil edən İnsan Hüquqları üzrə Avropa Konvensiyasının  zəmanaət verdiyi əsas azadlıqları daha da sarsıdır”.

O, əlavə edib ki, fundamental  insan hüquqlarını  qorumaq üçün Azərbaycanın yerli və beynəlxalq  öhdəlikləri var. Azərbaycan iqtidarının bu əsas azadlıqları belə kobudcasına pozması tamamilə yolverilməzdir.

Assosiasiya  buna nümunə olaraq hüquq müdafiəçiləri Leyla və Arif Yunusların, Rəsul Cəfərovun, İntiqam Əliyevin həbsini, RATİ-rəhbəri Emin Hüseynovun ölkədən getməsinə qadağan qoyulması kimi faktları sadalayıb.

Bu faktları sadalayan İBAHRİ Azərbaycan hökumətini vətəndaşları qarşısında qanunun aliliyinə hörmət etməyə və öz öhdəliklərini yerinə yetirməyə çağırır.

Ana səhifəXəbərlərRəsmi Bakıya insan haqlarına hörmət çağırışı