Rəsmi Bakı İsrailə getməməyi tövsiyə edir

Fələstin-İsrail. Foto: Bartolomiej Pietrzyk/shutterstoc

XİN zərurət olmadığı halda Fələstinə də səfər etməməyə çağırıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlara zəruri olmadığı təqdirdə İsrailə səfər etməməyi tövsiyə edib.

Bu barədə avqustun 5-də Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

Nazirlik xəbərdarlıq edir ki, hazırda İsrail dövlətində yaşayan və səfərdə olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir.

XİN həmçinin Fələstinə getməməyi də tövsiyə edib.

Avqustun 3-də isə nazirlik Azərbaycan vətəndaşlarına Livana getməməklə bağlı müraciət etmişdi:

“Livana səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunur. Eyni zamanda, hazırda Livanda olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri xahiş olunur”.

Ana səhifəSiyasətRəsmi Bakı İsrailə getməməyi tövsiyə edir