Rəşid Hacılı İnterneti tənzimləmək çağırışlarını pisləyib

“İnterneti tənzimləmək çağırışlarının arxasında Meydan TV və “Sancaq” veb resurslarını bağlamaq cəhdi durur”.

Source:

“İnterneti tənzimləmək çağırışlarının arxasında Meydan TV və “Sancaq” veb resurslarını bağlamaq cəhdi durur”. Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılının fikri belədir.

“Belə bir qanunvericilik təşəbbüsünün deputat, özü də hakim partiyanın nümayəndəsi tərəfindən irəli sürülməsi təəccüblü deyil. Amma bu təşəbbüs əsaslandırılmalı, bu addımın səbəbləri və məqsədləri göstərilməlidir”, deyə Hacılı bildirib.

O xatırladıb ki, bu kampaniya Milli Məclisin iclasında, deputat Məlahət İbrahimqızının bu internet-resursları “təhqir”ə görə cəzalandırmağa çağırması ilə başlayıb.

“Amma ölkə qanunvericiliyində bu məsələlər artıq əksini tapıb. Bu çağırışları müəllifləri bilməlidirlər ki, Azərbaycanda böhtan və təhqir haqqında ən mürtəce qanun mövcuddur. Bundan başqa, elə həmin deputatlar 2013-cü ildə 147 (böhtan) və 148-ci (təhqir) maddələrini İnternetə də şamil ediblər”, deyə Hacılı bildirib.

“Digər tərəfdən, CM-də dövlətin ərazi bütövlüyünün və təhlükəsizliyinin müdafiəsi üzrə normalar, terrorçuluğa, ədavətə, müharibəyə çağırışlara, pornoqrafiya yayılmasına görə cəza, prezidentin şərəf və ləyaqətinin müdafiəsi müddəaları var və bunlar İnternetə də aiddir. Ən azından, prokurorluq çoxdan bu normalardan istifadə edir.

Amma tənzimləmə “milli-mənəvi dəyərlərin” müdafiəsi şüarı altında həyata keçirilməməli və hakimiyyəti tənqid edən resurslara qarşı istifadə olunmamalıdır.

Ümumiyyətlə, hüquqi olaraq “milli-mənəvi dəyərlər” anlayışı yoxdur. Pornodan müdafiə nəzərdə tutulursa, bu, ədavət və düşmənçilik çağırışlarına, şəxsi həyata və ailə həyatına müdaxiləyə aiddir”, – deyə Hacılı bildirib.

Ana səhifəXəbərlərRəşid Hacılı İnterneti tənzimləmək çağırışlarını pisləyib