Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi daha 3 ay həbsdə qaldı
Dekabrın 9-da Səbail rayon Məhkəməsinin hakimi Aytən Əliyevanın qərarı ilə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun, eləcə də onunla birlikdə həbs edilən İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun barələrində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Onların hər birinin həbs müddəti 3 ay artırılıb.
Bu şəxslər bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunurlar.