Rəqəmsal marketinqə aid kitab çap olunub

Pərviz Əzimov: ”Məqsədim odur ki, onu oxuyan istənilən şəxs rəqəmsal marketinq platformalarında sərbəst işləyə bilsin”

Source:


Pərviz Əzimov: ”Məqsədim odur ki, onu oxuyan istənilən şəxs rəqəmsal marketinq platformalarında sərbəst işləyə bilsin”

Azərbaycanda Rəqəmsal Marketinq mövzusunda kitab çap olunub. Kitabın müəllifi Pərviz Əzimov “Qafqazinfo”ya bildirib ki, kitab rəqəmsal marketinq sahəsində yeni çalışanlar üçün bələdçi rolunu oynayacaq: “Kitab ümumilikdə 3 əsas mövzu və 20-dən çox yardımçı mövzulardan ibarət olacaq. 3 əsas mövzu – Google Adwords, SMM (Sosial Media Marketinq) və Affiliate marketinqdir.

Məsələn, hər 3 əsas mövzunun yazılma mexanizmi elə qurulub ki, oxucu mövzunu və onun köməkçi bölmələrini oxuyandan sonra qeyd olunan platformalarda öz rəqəmsal reklamlarını çox rahat şəkildə aktivləşdirə bilər.

Kitabın yazılmasında da məqsəd məhz bu idi ki, onu oxuyan istənilən şəxs rəqəmsal marketinq platformalarında sərbəst işləyə bilsin. Buna görə tam əminliklə deyə bilərəm ki, kitabı oxuyanlar rəqəmsal platformalarda reklamlarını yarada, onları idarə edə, strategiyalar hazırlaya, hədəf qruplarını müəyyənləşdirə, analizlər apara bilər”.

Ana səhifəXəbərlərRəqəmsal marketinqə aid kitab çap olunub