”Rejim Rəsulzadəni xalqın ürəyindən silməyə çalışır”

Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən biri olmuş Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 133 il ötür.

Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkib. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

Ənənəyə sadiq qalaraq bi il də Azərbaycanın müxalif partiyaları Məhəmməd Əmin Rəsulzadənin doğulmuş olduğu Novxanı kəndində yerləşən büstünü ziyarət ediblər.

Tədbirdə Müsavat Partiyasının başqanı Arif Hacılı, Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, tarixçi Nəsiman Yaqublu və bir sıra ziyalılar iştirak ediblər.

Soyuq və qarlı hava şəraitinə baxmayaraq, gözləniləndən daha çox insan kütləsi Məhəmməd Əmin Rəsulzadəni yad etmək üçün gəliblər.

Ana səhifəVideo”Rejim Rəsulzadəni xalqın ürəyindən silməyə çalışır”