”Rəisə dedim, ayıb deyilmi sizə?!” (VİDEO)

“Təhqir, söyüşlər istifadə elədi. Küçə söyüşləri ilə söyürdülər”-  “Əli və Nino”   kitab mağazası şəbəkəsinin sahibi Nigar Köçərli Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin onu təhqir etdiyini deyir. Xanım Köçərli buna səbəb kimi 26 sentyabrda ofisində baş verən oğurluq hadisəsi ilə bağlı idarənin heç bir iş görmədiyi haqqında Prezident Administrasiyasına göndərdiyi şikayəti göstərir. Kitab mağazasının seyfindən 13.216 manat oğurlanıb. Oğurlanan pullar işçilərin maaşı və nəşriyyata olan borclar olub.  Hadisə ilə bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi açılsa da, dekabrda iş bağlanılıb.

İstintaqın getmədiyini görən xanım Köçərli Daxili İşlər Nazirliyinə, Prezident Administrasiyasına, Baş Prokurorluğa müraciət edib. Şikayətdən sonra Nəsimi rayon Polis İdarəsindən Nigar Köçərliyə zəng ediblər. Hadisədə yeniliyin olduğun deyiblər, xanım Köçərli də sevincək İdarəyə gəlib. Amma idarədən ağlayaraq çıxıb.

Oğurluq hadisəsi Qanun Nəşriyyatının ofisində baş verib. Nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu deyir ki, hadisə ilə bağlı o da hüquq-mühafizə orqanlarına müraciət edib. Əvvəlcə diqqətdə saxlasalar da sonradan səs-soraq çıxmayıb.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Nigar Köçərli polis rəisini təhqir edib. “N.Köçərlinin Nəsimi RPİ-də guya təhqirə məruz qalması, təhdid olunması barədə söylədiklərinin heç bir əsası yoxdur. Onun qabaqdangəlmişlik edərək məlum görüş barədə həqiqəti təhrif etməsi də ictimai rəyi aldatmağa hesablanıb”.

Xanım Köçərli  düşünür ki, bu təzyiqlər onu şikayətini geri götürməyə məcbur etmək üçün planlanıb. Amma o, sonacan gedəcəyini vurğulayır.

Ana səhifəVideo”Rəisə dedim, ayıb deyilmi sizə?!” (VİDEO)