”Referendum səsverməyə tələsik çıxarılıb”

”Mən dərindən narahatam ki, bu qeyri-legitim proses azərbaycanlıların layiq olduqları və gözlədikləri demokratik gələcəyi daha da yubadacaq”

Source:
Kris Smit foto sosial şəbəkə
Kris Smit foto sosial şəbəkə


”Mən dərindən narahatam ki, bu qeyri-legitim proses azərbaycanlıların layiq olduqları və gözlədikləri demokratik gələcəyi daha da yubadacaq”

“Azərbaycan hökuməti bu mühüm dəyişiklikləri tələsik səsverməyə çıxarmaqla Azərbaycan xalqını bu məsələlər barədə azad debat aparmaq kimi təməl haqqından məhrum edib”, – ABŞ Helsinki Komissiyasının həmsədri Kris Smitin referendumla bağlı verdiyi bəyanatda belə deyilir.

Bəyanata görə, bu səsvermə Azərbaycan prezidentinin hesabatlılığının azaldılmasına hesablanıb və referendum onun son nəticəsindən asılı olmayaraq legitimsizlik prosesinin kulminasiyası olub.

Kris Smit bildirir ki, hökumətin planlaşdırdığı dəyişikliklərin əleyhinə olan fəallar və jurnalistlər həbslər və təqiblərə məruz qalıblar:

“Cəmi bir il bundan əvvəl rəsmi Bakı parlament seçkilərinin ATƏT-in seçki müşahidəçiləri tərəfindən montorinqini bloklamaqla Azərbaycan xalqının ATƏT öhdəliklərinə uyğun şəkildə səs verməsinin qarşısını almışdı. Mən dərindən narahatam ki, bu qeyri-legitim proses azərbaycanlıların layiq olduqları və gözlədikləri demokratik gələcəyi daha da yubadacaq” – deyib cənab Smit.

Sonda ABŞ Helsinki Komissiyasının rəhbəri Azərbaycan hökumətini bütün vicdan məhbuslarını azad etməyə, onlara və onların şərti cəza almış həmkarlarına qarşı səfər qadağanının qaldırılmasına çağırıb.

Ana səhifəXəbərlər”Referendum səsverməyə tələsik çıxarılıb”