Redaksiyadan

Zaur Qurbanlının “Mən ona azadlıq arzulayıram” adlı köşə yazısı barədə

Source:

İyunun 29-da Meydan TV-də yazar Zaur Qurbanlının “Mən ona azadlıq arzulayıram” adlı köşə yazısı dərc

olunub

. Həmin yazıda müəllif hazırda həbsdə olan Azərbaycan-Avropa Hərəkatının rəhbəri Ramin Hacılı haqqında xoş sözlərini ifadə edib. Məqalə sosial şəbəkələrdə geniş müzakirə olunub və məhkəmə qərarı ilə dələduzluq etdiyi

təsdiqlənmiş

bir şəxsin müəllif tərəfindən müsbət xarakterizə edilməsi tənqid olunub.

Redaksiya adından bildiririk ki, bu məqalə Meydan TV-nin mövqeyini əks etdirmir. Müəllif Ramin Hacılının hələ məhkəmə hökmü olmayan həbsindən və daha çox keçmiş fəaliyyətindən bəhs etdiyindən dərcinə razılıq

verilib

. Tənqidçilərin haqlı olduğunu düşünür və məqalənin dərci qərarını səhv addım kimi qiymətləndiririk.

Bununla belə, hesab edirik ki, səhvimizi məqalənin saytdan çıxarılması ilə düzəltməməliyik. Meydan TV dərc etdiyi materialları silmir və öz səhvlərini belə gizlətməyərək, şəffaf fəaliyyətini oxucusuna sərgiləyir.

Bəyan edirik ki, Meydan TV olaraq heç bir kampaniyaya qoşulmamışıq, fəaliyyətimizi insan hüquq və azadlıqları çərçivəsində qurmuşuq və yalnız xəbərləməklə məşğuluq. Bir media platforması kimi mövqeyindən asılı olmayaraq hər kəsə eyni münasibətdəyik.

Ana səhifəXəbərlərRedaksiyadan