R.Hacılı ifadəsində deyib ki, 250 min manat həddində borcu var və xaricdə işləyib bu borcları qaytarmaq istəyir
Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı iyunun 4-də Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Balakən rayonunun Mazımqara kəndinin yaxınlığında saxlanılıb.
Dövlət Sərhəd Xidməti
nin məlumatına əsasən, sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb.
Bildirilib ki, Ramil Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona köməklik etməsini etiraf edib.
F. Qasımov tərəfindən də eyni məzmunlu ifadə verilib.
Məlumata görə, R.Hacılı ifadəsində deyib ki, 250 min manat həddində borcu var və xaricdə işləyib bu borcları qaytarmaq istəyir.
Saxlanılmış şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb.
2017-ci ilin oktyabrında
Ramin Hacılı
2 il sınaq müddəti təyin edilməklə şərti cəza alıb. O, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilirdi