REAL qurultaya hazırlaşır

Hərəkatın İdarə Heyəti toplantı keçirib

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


Hərəkatın İdarə Heyəti toplantı keçirib

Oktyabrın 10-da Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin iclası keçirilib. Cumhuriyyet.org saytının məlumatına görə, iclasda REAL-ın sədri İlqar Məmmədovun partiyalaşma işinin sürətləndirilməsi ilə bağlı verdiyi açıqlama müzakirə olunub. Toplantıda həmçinin Partiya Təşkilat Komitəsinin hesabatı dinlənilib. Məlumat verilib ki, yerli təşkilatların – El Məclislərinin təsis edilməsi prosesi yekunlaşmaq üzrədir.

İdarə Heyəti partiya qurultayına hazırlıq işlərinin başlamasına yekdilliklə qərar verib.

Ana səhifəXəbərlərREAL qurultaya hazırlaşır