ReAL qurultay üçün müraciət etdi

Azər Qasımlı: ”Tədbir üçün hazırlıq işləri başa çatıb”

Source:


Azər Qasımlı: ”Tədbir üçün hazırlıq işləri başa çatıb”

Respublikaçı Alternativ Hərəkatı (ReAL) Bakı Şəhər İcra Hakimiyyətinin Mədəniyyət Şöbəsinə qurultay üçün müraciət edib.

Bu barədə Meydan TV-yə hərəkatın İdarə Heyətinin üzvü Azər Qasımlı məlumat verib.

Azər Qasımlı deyib ki, oktyabrın 29-da keçiriləcək qurultay üçün 3 yer təklif ediblər:

“”Sevil”, “Bakı” kinoteatrları və Əmircan mədəniyyət evinin adlarını təqdim etmişik”.

O, icra hakimiyyətinin yer verib-verməyəcəyi barədə gözləntilərinin olmadığını bildirib:

“Yer verə də bilər, verməyə də. Hər bir halda qurultayı keçirməyi düşünürük, imitasiya etmək niyyətimiz yoxdur. Tədbir üçün hazırlıq işləri də başa çatıb”.

ReAL Hərəkatı 2009-cu ilin yanvar ayında bir qrup gənc intellektual və yeni nəsil siyasətçilər tərəfindən təsis edilib. Təşkilatın yaranmasının əsas səbəbi Azərbaycanda «bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməsinə» qoyulan Ana Yasa qadağasının referendum vasitəsilə ləğv olunmasına qarşı etiraz idi.

Respublikaçı Alternativ Hərəkatının daimi icraedici orqanı – İdarə Heyətidir. Təşkilatın əsas proqram sənədlərini və ayrı ayrı sahələrə aid təkliflər paketlərini hazırlayan daimi orqanı – Məclisdir. Təşkilatın ali orqanı – Qurultaydır.

ReAL sədri İlqar Məmmədov 2013-cü ildən həbsdədir.

Ana səhifəXəbərlərReAL qurultay üçün müraciət etdi