ReAL Partiyası ”40 min imza” kampaniyasını yekunlaşdırır

Sənədlər fevralın sonunda Milli Məclisə göndəriləcək

Source:


Sənədlər fevralın sonunda Milli Məclisə göndəriləcək

Respubilkaçı Alternativ Partiyasının (ReAL)başlatdığı “40 min imza” kampaniyası başa çatır. Bu barədə ReAL-ın İdarə Heyətinin fevralın 18-də keçirilən növbəti iclasında qərara alınıb.

Partiyadan Meydan TV-yə daxil olan məlumatda deyilir ki, İclasda partiyanın “40 min imza” kampaniyası koordinatorunun məruzəsi dinlənilib.

Kampaniya, Konstitusiyanın 96-cı maddəsini əsas götürərək nəzərdə tutur:

– Kredit ödənişləri ilə bağlı vətəndaşlara, banklara və müəssisələrə devalvasiya nəticəsində vurulmuş zərərin ödənilməsini,

– Ali təhsil üçün ödənişlərin yaxın illər ərzində tamamilə dövlət tərəfindən həyata keçirilməsini və

– Bakı şəhərində seçkili mer vəzifəsinin təsis edilməsini.

“İclasda qərara alındı ki, 2019-cu il fevralın 24-də imza toplama kampaniyası sona çatdırılsın. Toplanmış imzalar qanun layihələri və aidiyyatı əsaslandırma sənədi ilə birlikdə fevralın sonuncu həftəsi ərzində partiyanın Hüquq və Seçki Katibi tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə göndərilsin.

Sənədlərin Milli Məclisə göndərilməsi günü imza kampaniyasının nəticələri ilə bağlı mətbuat konfransı keçiriləcək,” – deyə partiyanın mətbuat xidmətinin məlumatında vurğulanır.

ReAl hərəkat olaraq 2009-cu ildə təsis edilib. Təşkilatın yaranmasının əsas səbəbi Azərbaycanda «bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməsinə» qoyulan Konstitusiya qadağasının referendum vasitəsilə ləğv olunmasına qarşı etiraz olub.

7 və 8 aprel 2018-ci il tarixlərində 2 mərhələli şəkildə Real Alternativ Hərəkatı 1-ci təsis Qurultayını keçirərək partiyaya çevrilib. Partiyanın seçkili orqanlarına səsvermə yolu ilə 40 nəfər Məclis üzvü, siyasətçi İlqar Məmmədov isə səsçoxluğu ilə partiya sədri seçilib.

Ana səhifəXəbərlərReAL Partiyası ”40 min imza” kampaniyasını yekunlaşdırır