”Real MTK” ilə bağlı məhkəmə istintaqı yekunlaşdı

Prokuror İlham Qasımova iş istəyib

Source:
foto Meydan TV
foto Meydan TV


Prokuror İlham Qasımova iş istəyib

Noyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun məhkəməsi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib. İclasda prokuror çıxış edərək onun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi noyabrın 18-də davam etdiriləcək.

İ. Qasımov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. O, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun işində zərərçəkmiş kimi tanınır.

Ana səhifəXəbərlər”Real MTK” ilə bağlı məhkəmə istintaqı yekunlaşdı