ReAL-ın qurultayı sual altındadır

Müsavat Partiyası qurultaya görə təzyiqə məruz qaldıqlarını bildirib

Source:


Müsavat Partiyası qurultaya görə təzyiqə məruz qaldıqlarını bildirib

ReAL idarə Heyətinin üzvləri Natiq Cəfərli, Xalid Bağırov, Erkin Qədirli dekabrın 15-də Müsavat Partiyasının qərargahında partiyanın başqanı Arif Hacılı və rəhbərliklə görüşüblər.

Bu barədə Meydan TV-ə Arif Hacılı bildirib. Onun sözlərinə görə, görüşün əsas mövzusu REAL Partiyasının təsis qurultayının Müsavat Qərargahında keçirilməsinə hakimiyyətin yaratdığı problemlər, qərargahın boşaldılması hədələri

olub

:

“Yaranmış vəziyyətdə hüquqi məsələlər aydınlaşanadək qurultayın ertələnməsi təklifi də müzakirə edildi. ReAL rəhbərliyi problemlərin ciddiliyini anlayışla qarşıladı. Təşkilat Komitəsində müzakirələr zamanı baş verənləri nəzərə alacaqlarını bildirdilər”.

ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli Meydan TV-yə Arif Hacılının dediklərini təsdiqləyib və bu barədə bəyanat yayacaqlarını bildirib:

“Müsavat Partiyasının rəhbərliyi təzyiqlərin ciddi olduğunu və hətta qərargahın itirilə biləcəyi haqda rəsmi xəbərdarlıq aldıqlarını dedi. Bunu  anlayışla qarşıladıq və Müsavat Partiyasına olan təzyiqləri qınayırıq”.

ReAL dekabrın 17-də Müsavat Partiyasının qərargahında təsis qurultayı keçilməli idi. Tədbirin Müsavatın qərargahında keçirilməsini ReAL rəsmiləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən onlara heç bir məkanda yer verilməməsi ilə əlaqələndirib.

Dekabrın 15-də Müsavat Partiyasının başqanı Arif Hacılı ictimaiyyət arasında “bandotdel” kimi tanınan DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə

çağırılıb

.

İdarədən çıxdıqdan sonra Arif Hacılı jurnalistlərə deyib ki, Müsavat Partiyasının qərargahında keçirilən tədbirlərdən narahatlıqları var.

“Həmin tədbirlərdə təxribatların törədilə biləcəyindən danışdılar. Mən isə qeyd etdim ki, Müsavat müxalif partiya olaraq, demokratik qüvvələrin toplantılarının, tədbirlərinin onun qərargahında keçirilməsinə həmişə imkan yaradılıb. Eyni zamanda Əmlak Komitəsinin göndərdiyi xəbərdarlıq məktubunun qeyri-qanuni olduğunu qeyd etdim”.

O, baş verənləri ReAL hərəkatının qurultayının Müsavatın qərargahında keçirilməsi ilə bağlayıb:

“Bütün bunlar ReAL Hərəkatının öz qurultayını Müsavat Partiyasının qərargahında keçirməyə qərar verməsi ilə bağlıdır. Hakimiyyət bunu istəmir. Açıq şəkildə deməsələr də, hər halda bu, söhbətin məzmunundan aydın oldu. Mən də bildirdim ki, Müsavat Partiyasının bu məsələlərlə bağlı qərarı qüvvədədir və bizim fəaliyyətimiz qanunidir. İstər Əmlak Komitəsi ilə bağlanan müqaviləyə, istərsə də öhdəliklərimizi yerinə yetirirk, bundan sonra da yerinə yetirəcəyik”.

Ana səhifəXəbərlərReAL-ın qurultayı sual altındadır