Müsavat başqanı ”bandotdelə” çağırılıb

”Hakimiyyət Müsavat Partiyasının fəaliyyətindən narahatdır”

Source:


”Hakimiyyət Müsavat Partiyasının fəaliyyətindən narahatdır”

Müsavat başqanı Arif Hacılı dekabrın 15-də ictimaiyyət arasında “bandotdel” kimi tanınan DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılıb.

Başqan bildirib ki, onu bu idarəyə zaman-zaman çağırırlar, amma bu dəfəki dəvətin səbəbini demədilər:

“Sadəcə, söylədilər ki, hansısa mövzuda mənimlə söhbət etmək istəyirlər.  Dekabrın 14-də gəlməyimi istədilər, amma jurnalist Əfqan Muxtarlının məhkəməsi ilə əlaqədar Bakıda olmadığımdan sabaha saxladılar”.

Arif Hacılı güman edir ki, bu çağırışı partiyanın siyasi fəaliyyəti ilə əlaqəlidir:

“Hakimiyyət Müsavat Partiyasının fəaliyyətindən narahatlığını bu şəkildə biruzə verir. Normal ölkələrdə partiya sədrinin belə bir idarəyə çağırılması şok effekti yaradardı, amma Azərbaycanda tez-tez olduğundan adi hala çevrilib. Yoxsa əsas müxalifət partiyasının başqanı DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağrılmazdı”.

Ana səhifəXəbərlərMüsavat başqanı ”bandotdelə” çağırılıb