REAL-çıların İlqar Məmmədovun adının əfv siyahısına salınacağına ümidləri yoxdur

Erkin Qədirli İlqar Məmmədovun əfv ərizəsi yazmadığını və yazmayacağını da söylədi

Source:


Erkin Qədirli İlqar Məmmədovun əfv ərizəsi yazmadığını və  yazmayacağını da söylədi

Hüquq müdafiəçisi Səidə Qocamanlı Novruz bayramında əfv fərmanı olacağını deyir.

Bu barədə Azadlıq Radiosuna danışan Səidə Qocamanlı İnsan Hüquqları üzrə Birgə Qrup siyahını hazırlayıb Prezident Administrasiyasına göndərdiyini deyib:

“Siyahıda NİDA-çı gənclərin, REAL sədri İlqar Məmmədovun, sabiq səhiyyə naziri Əli İnsanovun, «Tolişi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədovun adları var. Mən bütün siyahını sadalaya bilməyəcəm. Biz ora əfv ərizəsi yazanların, ağır xəstəliklərə düçar olanların, həbsinin xeyli hissəsini çəkmiş məhbusların adlarını da salmışıq. Bircə qalır ümid edək ki, onların adı prezidentin əfv fərmanında da olacaq”.

Ancaq REAL İdarə Heyətinin üzvü Erkin Qədirli Meydan TV-yə bildirib ki, İlqar Məmmədovun azad olunacağına ümidləri yoxdur, əfv üçün müraciət də etməyiblər.

Erkin Qədirli dedi ki, İlqar Məmmədovla görüşə icazə vermirlər, amma telefon danışıqları olub: “Vəkillər və həyat yoldaşı isə görüşüb. Bu barədə özünün də heç bir məlumatı və ümidi  yoxdur”.

O, İlqar Məmmədovun əfv ərizəsi yazmayıb, yazmayacağını da söylədi.

Ana səhifəXəbərlərREAL-çıların İlqar Məmmədovun adının əfv siyahısına salınacağına ümidləri yoxdur