Rayon avtomobilləri gecələr paytaxtda buraxılacaq

Abid Şərifov bildirib ki, 10 gün sonra Tədbirlər Planı qəbul ediləcək və bu sahədə digər məsələlər də tənzimlənəcək

Source:


Abid Şərifov bildirib ki, 10 gün sonra Tədbirlər Planı qəbul ediləcək və bu sahədə digər məsələlər də tənzimlənəcək

Rayonlardan gələn bütün növ avtomobillər Bakıya saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılacaq.

Bu barədə APA-ya açıqlamasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov deyib.

A. Şərifov rayonlardan Bakıya gələn ictimai nəqliyyatın şəhərə daxil olması ilə bağlı isə heç bir məhdudiyyətin olmadığını və olmayacağını söyləyib.

Bakı 2015 I Avropa Oyunlarında iştirak edən idmançıların, eləcə də tədbirə gəlmiş xarici qonaqların hələ də paytaxtda olmaları ilə əlaqədar Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin müraciətinə əsasən, Oyunlar ərəfəsində yol hərəkətinə tətbiq edilmiş müəyyən məhdudiyyətlərin vaxtı 10 gün müddətinə uzadılıb.

Oyunlar zamanı paytaxtda nəqliyyatın hərəkətinin təşkilindən, eləcə də nəqliyyat sıxlığının aradan qaldırılması nəticəsində yollardakı rahat və fasiləsiz hərəkətdən, habelə bunların şəhərin ekoloji durumuna da müsbət təsirindən məmnun qalan şəhər sakinlərinin çoxsaylı müraciəti əsasında NK-nin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən paytaxtda nəqliyyat problemlərinin həlli üzrə müvafiq Tədbirlər Planının hazırlanması üçün Komissiya üzvlərinin iştirakı ilə iclaslar keçirilir, müzakirələr aparılır.

A. Şərifov bildirib ki, 10 gün sonra Tədbirlər Planı qəbul ediləcək və bu sahədə digər məsələlər də tənzimlənəcək.

Ana səhifəXəbərlərRayon avtomobilləri gecələr paytaxtda buraxılacaq