Rauf Mirqədirovun həbs müddəti daha bir ay uzadıldı

“Qanunvericiliyə görə bu son həddir. İstintaq artıq öz müddətini bitirib”

Source:


“Qanunvericiliyə görə bu son həddir. İstintaq artıq öz müddətini bitirib”

Ötən ilin aprelin 19-da Türkiyədən deportasiya olunaraq Heydər Əliyev adına hava limanında həbs olunan Rauf Mirqədirovun həbs müddətinin 1 ay uzadılması barədə məlumatı Meydan TV-yə vəkil Elmar Süleymanov verib.

Vəkil dedi ki, qərar aprelin 9-da Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçən prosesdə çıxarılıb.

Rauf Mirqədirovun prosesdə iştirakını söyləyən vəkil dedi ki, Mirqədirov özü də məhkəmədən ədalətli qərar gözləmirdi: “Qanunvericiliyə görə, ümumiyyətlə, bu son həddir. İstintaq artıq öz müddətini bitirib. İndi xüsusi şərtlərlə uzadıla bilər. Biz bu məsələni prosesdə qaldırdıq ki, istintaq heç bir hərəkət etmir, qarşı tərəf də əsaslandırdı ki, bəli, hərəkət aparılmır. Amma Leyla və Arif Yunuslarla bağlı ekspertiza təyin ediblər, eyni cinayət işi olduğundan cavab gələnə qədər uzadılmalıdır”.

Ana səhifəXəbərlərRauf Mirqədirovun həbs müddəti daha bir ay uzadıldı