O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunurdu
Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilən jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinə fevralın 18-də saat 15-də ilk baxış olacaq.
Bu barədə vəkil Fuad Ağayev öz Facebook səhifəsində yazıb.
Rauf Mirqədirov 2014-cü ilin aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub və Bakı hava limanında həbs olunub.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunurdu.
Rauf Mirqədirov və onun yaxınları ittihamı rədd edir və jurnalistin həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyirlər.