Rauf Mirqədirov istintaqa ifadə verəcək

Fuad Ağayev: “Bu, o məqsədlə edilir ki, ona qarşı verilən ittihamın tamamilə əsasszılığını bir daha aşkar olaraq ortalığa qoyaq”

Source:


Fuad Ağayev: “Bu, o məqsədlə edilir ki, ona qarşı verilən ittihamın tamamilə əsasszılığını bir daha aşkar olaraq ortalığa qoyaq”

Aprelin 19-da Türkiyədən deportasiya olunaraq Bakıda həbs edilən “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirov istintaqa ifadə vermək qadağasını götürüb.

Meydan TV-yə açıqlama verən jurnalistin vəkili Fuad Ağayevin sözlərinə görə, Rauf Mirqədirovla məsləhətləşiblər və qərara alınıb ki, yaxın  günlərdə onun ifadə vermək hüququndan istifadə edilsin: “Biz bu barədə istintaq orqanını məlumatlandıracağıq. Yəni, həbsdə olan jurnalist ifadə vermək istəyir. Bu, o məqsədlə edilir ki, ona qarşı verilən ittihamın tamamilə əsasszılığını bir daha aşkar olaraq ortalığa qoyaq”.

Ana səhifəXəbərlərRauf Mirqədirov istintaqa ifadə verəcək