Rauf Mirqədirov 3 aylıq həbs edildi [ VİDEO ]

21 apreldə Nəsimi rayon Məhkəməsində “Ayna-Zerkalo” qəzetinin Türkiyə təmsilçisi Rauf Mirqədirov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Jurnalist Ermənistanının xüsusi xidmət orqanlarına cəsusluqda ittiham olunur. R. Mirqədirova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

Jurnalistin vəkili Fuad Ağayev bu iddiaları absurd hesab edir. Vəkil bildirir ki, istintaq aparan orqanın əlində ittihamı sübut edəcək faktlar yoxdur.

Ana səhifə ▸ Video ▸ Rauf Mirqədirov 3 aylıq həbs edildi [ VİDEO ]