Rasim Əliyevin ən sevdiyi bayram Novruz imiş. Amma bu il birinci dəfədir ki, ailəsi bayramı onsuz qarşılayır. Əvəzində dostları, həmkarları ailəsini ziyarətə gəlib. Teyfurə xanım deyir ki, Rasim ən çox şəkərburanı sevirdi.
Müsavat başqanın müavini Elman Fəttah deyir ki, Azərbaycanda jurnalist olmaq özünü hədəf göstərmək kimidir. Rasim Əliyevin ölümü də adi qəza deyildi.
Sabah Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistin ölümündə təqsirləndirilənlərə hökm elan olunacağı gözlənilir. Anası isə hələ də onun öldüyünə inana bilmir.