Rasim Əliyevin ölümündə təqsirləndirilənlərə hökm oxundu

Samir Mustafayevlə Kənan Mədətovun digər təqsirləndirilən şəxslərlə əlbir olduğu sübuta yetirilməyib

Source:


Samir Mustafayevlə Kənan Mədətovun digər təqsirləndirilən şəxslərlə əlbir olduğu sübuta yetirilməyib

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə hökm oxunub. Beləliklə, Camal Məmmədov 11 il, Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il, Samir Mustafayev 9 il, Kənan Mədətov 9  il azadlıqdan məhrum ediliblər.

Samir Mustafayevlə Kənan Mədətovun digər təqsirləndirilən şəxslərlə əlbir olduğu sübuta yetirilmədiyindən onların ittiham olunduğu maddələr CM-nin 32.5 və 126-cı maddələri ilə tövsif olunub.

Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Jurnalist xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulublar. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

Ana səhifəXəbərlərRasim Əliyevin ölümündə təqsirləndirilənlərə hökm oxundu