Prezident bununla bağlı sərəncam imzalayıb
Ramiz Rzayev yenidən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.
Fevralın 15-də ölkə başçısı İlham Əliyev R.Rzayevin Ali Məhkəmənin sədri təyin edilməsi haqqında sərəncam
imzalayıb
.
Fevralın 13-də isə R.Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib. Bununla bağlı Prezident İlham Əliyevin imzası daxil olan layihəni Milli Məclis
təsdiqləyib
.
R.Rzayev 2005-ci ildən Ali Məhkəmənin sədridir.