Oktyabrın 13-də keçmiş müstəntiq, hazırda həbsdə olan Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi toplantı keçirib. Komitə üzvləri hesab edir ki, Rüfət Səfərova qarşı açılmış cinayət işi saxta sübutlara əsaslanıb.
Rüfər Səfərovun vəkili Bəhruz Bayramov məhkəmə prosesini əsirliyə bənzədib. O bildirib ki, ona nə son söz , nə də müdafiə çıxışının hazırlanması üçün vaxt verilib.
Toplantıda çıxış edənlər hesab ediblər ki, bütün siyasi məhbusların hüquqları müdafiə olunmalıdır.
Toplantıda keçmiş müstəntiqin atası Müdafiə Nazirliyinin sabiq əməkdaşı Eldar Sabiroğlu oğlunun onun qurbanı olduğunu deyib.
Toplantından sonra müdafiə komitəsinin üzvlərindən Eldəniz Quliyevi, Oqtay Gülalıyevi və Milli Şuranın koordinasiya mərkəzinin bir çox üzvünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar.