Ramiz Mehdiyev Azərbaycana qarşı aksiya keçirənləri cinayətkar adlandırıb

”Yüksək mədəniyyətə malik olmadıqları üçün belə yola əl atırlar”

Source:
foto APA
foto APA


”Yüksək mədəniyyətə malik olmadıqları üçün belə yola əl atırlar”

Bu gün Azərbaycanın Almaniyadakı səfirliyi qarşısında bu ölkədə yaşayan azərbaycanlı siyasi mühacirlər 11 aprel növbədənkənar prezident seçkilərinə qarşı etiraz aksiyası keçiriblər.

Seçki məntəqəsinə gələn Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev hökuməti tənqid edən mühacirləri cinayətkar

adlandırıb

.

O deyib ki, Azərbaycanda böyük cinayət törədənlər sonra xaricə gedib qarayaxma kampaniyalarında iştirak edirlər:

“Belə insanlar yüksək mədəniyyətə malik olmadığı üçün bu yola əl atırlar. Bu halları çox pis qiymətləndirirəm. Normal adam bu yola düşməməlidir”.

Administrasiya rəhbəri bildirib ki, daxildə müxalifət var, amma bir də var ki, gedib xaricdə Azərbaycana qara yaxır, hörmətdən salmağa çalışır:

“Bu, yaxşı hal deyil. Bu, Azərbaycan xalqına xas keyfiyyət deyil”.

Mərkəzi Seçki Komissiyası da səsverməni tənqid edənlərə münasibət bildirib.

“Prezident seçkilərində səsvermə prosesi seçki subyektlərinin və seçicilərin azad davranışı şəraitində, ümumən qanunvericiliyin tələblərinə uyğun keçir. Seçkilər dövrü və səsvermə günü hər hansı qanun pozuntusunun olmasına dair onlara heç bir rəsmi məlumat daxil olmayıb. Lakin sosial şəbəkələrdə seçkilərin demokratikliyinə və şəffaflığına kölgə salmaq istəyən bəzi maraqlı qüvvələr tərəfindən həqiqətə uyğun olmayan, heç bir fakta söykənməyən uydurma məlumatlar yayılır”, – MSK qeyd edib.

Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası

MSK 17 saylı Yasamal Üçüncü Seçki Dairəsinin 5, 6 və 7 saylı seçki məntəqələrində seçki qutularının standartlara cavab verməməsi barədə məlumatları da təkzib edib. Qurum bildirib ki, bəzi saytlarda elə dairə, məntəqə adları çəkilir ki, onlar reallıqda mövcud deyil.

MSK hesab edir ki, belə məlumatların yayılmasında məqsəd seçkilərə kölgə salmaqdır.

Ana səhifəXəbərlərRamiz Mehdiyev Azərbaycana qarşı aksiya keçirənləri cinayətkar adlandırıb