Ramiz Mehdiyev “5-ci kolon”dan, QHT-lərdən və inqilablardan yazdı

Prezident Administrasiyasının rəhbəri müxalif partiyaları və tənqidçi medianı hədəfə aldı

Source:


Prezident Administrasiyasının rəhbəri müxalif partiyaları və tənqidçi medianı hədəfə aldı

Dekabrın 3-də AzərTAC Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı növbəti məqaləsini dərc edib.

Məqalədə diqqət çəkən məqamlar sırasında Qərbin, xüsusən ABŞ ikili standartlarda, rəngli inqilablarda və “beşinci kalon” yaratmaqda hədəfə alınır. Administrasiya rəhbəri Azərbaycan vətəndaş cəmiyyətinin beynəlxalq donorlardan aldığı qrantların qeydiyyata alınmadığını, şəffaf xərclənmədiyini bəyan edərək, bir sıra QHT rəhbərinin konkret cinayətlərə əsasən həbs edildiyini də bildirir. Ramiz Mehdiyev “İraq-Şam İslam Dövləti”ni (İŞID) rəsmi Vaşinqtonun yaratdığını açıq şəkildə yazır.

Meydan TV Ramiz Mehdiyevin məqaləsini qısa ixtisarla oxucularına təqdim edir.


““


Ə


r


ə


b bahar


ı





 hadis


ə


l


ə


rini m


üş


ahid


ə


 ed


ə


rk


ə


n bu q


ə


na


ə


t


ə


 g


ə


ldim ki… AB


Ş


 M


ə


rk


ə


zi K


əş


fiyyat


İ


dar


ə


sinin g


ö


st


ə


ri


ş


l


ə


rini yerin


ə


 yetirir



Akademik məqalənin girişində yazır ki, son 25 ildə dünyanın geosiyasi xəritəsinin necə dəyişməsinin şahidiyik. Şərqi Avropa ölkələrində “məxməri inqilablar” “sosializm düşərgəsi”nin dağılmasının və dünya arenasında qüvvələrin yenidən yerləşməsinin başlanğıc nöqtəsi oldu. Dünyanın yalnız bir mərkəzdən idarə edilməsinin təməli qoyuldu: ““Ərəb baharı” hadisələrini müşahidə edərkən bu qənaətə gəldim ki, kütlələrin şüuruna “üsyan etmək hüququ vətəndaşların hakimiyyətin qəsb edilməsinə müqavimət göstərməsi kimi təbii hüququdur” tezisinin yeridilməsi ilə yanaşı, burada, əlbəttə, mükəmməl hazırlanmış texnologiyalar işləyir. Həmin texnologiyaların müəllifləri və bu cür aksiyaların hazırlanma mexanizmləri yaxşı məlumdur. Siyasi ekspertlər hesab edirlər ki, Şarp Qərbin müxtəlif ölkələrinin, xüsusi xidmətlərinin, o cümlədən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin göstərişlərini yerinəyetirir. Bu gün politoloqların çoxu qeyd edir ki, “rəngli inqilablar” istənilən regionda təhlükəsizlik üçün təhdid mənbəyinə çevrilir və müstəsna olaraq ABŞ-ı qane etməyən hökumətləri onun nəzarəti altında olan rejimlərlə əvəz etmək məqsədi güdür. ABŞ-ın Rusiyadakı sabiq səfiri Maykl Makfl riyakarlıqla deyir ki, bu gün ABŞ Prezidenti Barak Obamanın nümayəndələri “rəngli inqilablar”a sponsorluq etmirlər. Bununla belə, o da etiraf edir ki, ABŞ əvvəllər bu işlə məşğul olurdu.



İ




kili standartlar siyas




ə




ti v




ə












be




ş




inci kolon






 Cənab Mehdiyev sual edir: “bəs “beşinci kolon” nədir və onun ilhamvericisi kimlərdir? Müxtəlif ölkələrdə “beşinci kolon” fərqli ola bilər. Bu gün müxtəlif beynəlxalq hüquq-müdafiə təşkilatları, ABŞ-ın, onun Avropadakı müttəfiqlərinin beyin mərkəzləri və adi QHT-lər öz həqiqi məqsədlərini maskalayaraq guya insan hüquqlarının müdafiəsi, demokratik dəyərlərin və bazar iqtisadiyyatının təşkilati əsaslarının yayılması üçün bütün dünyada öz filiallarının nəhəng şəbəkəsini yaradıblar. Yeni tipli “beşinci kolon” rolunda çıxış edənlər də məhz onlardır. İnkişaf etmiş Qərb dövlətləri, o cümlədən ABŞ bu gün də əvvəlki kimi açıq-aydın ikili standartlar siyasəti yürüdür, insan hüquqlarından hökumətlərə təzyiq aləti kimi istifadə etməklə dünyanın əksər ölkələrinin daxili işlərinə qarışır. Onlar məhz bu məqsədlə həmin ölkələrdə yeni tipli “beşinci kolon”lar formalaşdırır və onların köməyi ilə həmin dövlətlərin daxili və xarici siyasətini müəyyən etməyə çalışırlar. Bu praktikanın məqsədi insan azadlıqlarının və hüquqlarının müdafiəsi deyil, konkret siyasi və iqtisadi səmərə əldə etmək üçün bu və ya digər dövləti arzu olunan güzəştlərə məcbur etməkdir. XXI əsrdə beynəlxalq münasibətlərdə güc siyasətinin yeni formasının reallaşması məhz bundan ibarətdir.



Va


şinqton QHT-ləri və müxalifəti dəstəkləyir…

 Akademikin sözlərinə görə, Vaşinqton və onun müttəfiqləri tərəfindən radikal müxalifət fəallarının və QHT-lərin dəstəklənməsi, bu təşkilatların qeyri-qanuni maliyyələşdirilməsi, onların köməyi ilə ölkəmizdə hakimiyyətə təzyiq göstərmək, hərc-mərclik və qanunsuzluq şəraiti yaratmaq cəhdləri ilə bağlıdır. Deməliyik ki, bu, Qərbin “beşinci kolon” ilə iş ssenarisinə üzvi şəkildə daxildir. Bu cür qeyri-qanuni siyasi və maliyyə dəstəyi, müvafiq göstərişlər nəticəsində başlıca nümayəndələri qismində ayrı-ayrı radikallarla yanaşı, Xalq Cəbhəsi və Müsavat partiyalarının çıxış etdiyi “beşinci kolon”öz pozucu hərəkətlərini gücləndirməyə çalışır. Getdikcə daha da radikallaşan Xalq Cəbhəsi Partiyası artıq çoxdan bəri təhrikçilərin və intriqabazların, hərc-mərclik və dağıdıcılıq ehtirası ilə yaşayan insanların yuvasına çevrilib. Gerçəkliyi şüurlu surətdə dərk edə bilməyən insanlar da burada kök salıblar. Bunlar öz təfəkkürlərinə görə irrasional adamlardır. Bu partiyaya məxsus olan “Azadlıq” qəzeti yalan və iftira ruporu rolunu yerinə yetirir, onun hər bir səhifəsi intriqalarla, insanların şərəf və ləyaqətini alçaldan materiallar, uydurma və böhtanlarla doludur.



Ramiz Mehdiyev məqaləsində


 “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğludan sitat gətirir.

“Onun fəaliyyəti o dərəcədə abırsız xarakter alıb ki, hətta “Yeni Müsavat” qəzetinin redaktoru da Əli Kərimlinin və onun partiyasının fəaliyyətini kəskin pisləyərək bəyan edir: “Əli Kərimli və onun partiyası sağalmaz xəstəliyə tutulub. Əli Kərimlinin və partiyasının – siyasi savadı, geridə qalmış, sivilizasiya və demokratik qaydalar haqqında elementar təsəvvürləri olmayan insanların hakimiyyətə gəlməsinə yol verməkdənsə, indiki iqtidarın mövcudluğunu qat-qat faydalı hesab edirəm”. Bax, belə səmimi etiraf. Xalq Cəbhəsi Partiyasının daxilində vəziyyəti tam parçalanma, vurnuxma, hərc-mərclik kimi səciyyələndirmək olar. Partiyanın üzvlərinin çoxu Əli Kərimlinin və onun qrupunun qəbuledilməz radikalizmindən və barışmaz mövqeyindən, radikal dini qruplaşmalarla əməkdaşlıqdan narazı olduqlarını bildirirlər. Partiyadaxili repressiyalar, partiyadaxili demokratiyanın olmaması, Əli Kərimlinin avtoritarizmi, partiyalararası münaqişələr buna gətirib çıxarıb ki, KİV-lərdə verilən məlumata görə, AXC-nin Sumqayıt bölməsinin 52 üzvü bu günlərdəonun sıralarından çıxıb. Müsavat Partiyası da oxşar vəziyyətdədir. Bu partiya da tam parçalanma mərhələsindədir. Eldar Namazovun da missiyası bundan yaxşı olmayıb. O, “beşinci kolon”un ən “parlaq” nümayəndələrindən biridir. Bunu yalnız kor adam görməz. O, bu yaxınlarda David Şahnazaryan ilə birgəverdiyi bəyanatda bunu yerinə yetirilmiş borc hissi ilə təsdiq etdi”,-deyə akademik yazır.


“X


ədicə İsmayılın xaricdəki himayədarları…”

Administrasiya rəhbəri Azadlıq Radiosunun jurnalisti Xədicə İsmayılın da adını çəkib: “O, öz “dostları” olan həmkarları ilə birlikdə “cidd-cəhdlə”çalışaraq antiazərbaycan verilişləri təşkil edir, cəfəng bəyanatlarla çıxış edir, ictimaiyyətin tanınmış nümayəndələrinə açıq-aşkar düşmən münasibət nümayiş etdirir, təhqiramiz məzmunlu yalanlar yayır. Aydındır ki, cəmiyyətə bu cür meydan oxumaq öz Vətənini sevənlərin deyil, X.İsmayılın xaricdəki himayədarlarının xoşuna gəlir. Üstəlik, onun tutduğu mövqenin jurnalist peşəsinə, ümumiyyətlə, heç bir aidiyyəti yoxdur. İctimaiyyətdə belə bir qəti inam yaranıb ki, Azadlıq Radiosunun əməkdaşları çox iyrənc bir yol tutublar. Sübuta ehtiyac yoxdur ki, saxtalaşmış informasiya təqdim edilməsi xarici xüsusi xidmətlər üçün işləməyə bərabərdir. Bu, xəyanətdir”.


Ramiz m


üəllimin son akkordu:


donorlar, qrantlar v


ə Meydan TV

Ramiz Mehdiyev noyabrın 26-da “Saxarov” mükafatının təqdim edilməsi mərasimini xatırladaraq bildirib ki,  “Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi” İctimai Birliyi bir neçə il ərzində 9 qrant sazişi üzrə təqribən 358 min manat alıb. Qanuna görə, bu cür sazişlər qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Lakin bu mərkəz 9 qrant sazişindən yalnız ikisini qeydiyyatdan keçirib: “Daha bir nümunə kimi Sülh və Demokratiya İnstitutunu göstərmək olar. Bu institutun rəhbəri Leyla Yunus “Azərbaycan qadınları Qafqazda sülh və demokratiya uğrunda” QHT-nin təsisçisi olmadığı halda məhz bu təşkilatın hesablarından müxtəlif valyutalarda iri məbləğlər çıxararaq onlardan şəxsi məqsədləri üçün istifadə edib. Yalnız təəssüflənmək olar ki, xarici QHT-lərin Azərbaycandakı filialları və nümayəndəlikləri çox vaxt milli qanunvericiliyin tələblərini və beynəlxalq hüquq normalarını pozurlar. Məsələn, son illərdə ABŞ-ın Milli Demokratiya Fondu (National Endowment for Democracy – NED) tərəfindən Azərbaycan QHT-lərinə 83 saziş üzrə təqribən 2,8 milyon manat, Amerika Milli Demokratiya İnstitutu (NDİ) tərəfindən 12 saziş üzrə təqribən yarım milyon manat, Beynəlxalq Araşdırmalar və Mübadilə Şurası (İREX) tərəfindən 35 saziş üzrə təqribən 900 min manat, Avropa Demokratiyaya Dəstək Fondu (EED) tərəfindən 300 min manat, Açıq Cəmiyyətə Dəstək Fondu (Lixtenşteyn) tərəfindən 625 qrant sazişi üzrə 7,6 milyon manat vəsait ayrılıb. Bu qrant sazişlərinin xeyli hissəsi qeydiyyata alınmayıb. Bəzi donorlar QHT-lərə pulu nağd, yəni, rəsmi sənədləşdirmə olmadan verirlər. Bu, ciddi hüquq pozuntusudur. Bütün bunlar heyrət doğurur, ən azı ona görə ki, nəticədə QHT-lər aldıqları vəsaitlərdən müvafiq vergiləri ödəmirlər. Bəzi QHT-lər aldıqları qrantları vətəndaş cəmiyyəti strukturlarının inkişafına deyil, ölkədə konstitusion quruluşu zorakılıqla dəyişmək cəhdlərinə yönəldirlər. Xarici donorlar müəyyən təşkilatları maliyyələşdirməklə onları Azərbaycan qanunlarını və ölkədə sabitliyi kobud şəkildə pozmağa məcbur edirlər. Bununla da həmin donorlar faktiki surətdə vətəndaş cəmiyyəti təsisatlarının inkişafı ilə məşğul olmaq əvəzinə, «beşinci kolon»dan olan müəyyən şəxslərə pul verərək onlardan Azərbaycan dövlətinə qarşı istifadə edirlər. Məsələn, Avropa Demokratiyaya Dəstək Fondu yeganə məqsədi Azərbaycan dövlətinə qara yaxmaq, Azərbaycanın nüfuzunu azaltmaq olan “Meydan TV” layihəsinə təqribən 300 min dollar məbləğində qrant ayırıb. Bu cür fəaliyyət siyasi riyakarlığın sübutu olmaqla bərabər, həm də vətəndaş cəmiyyəti ideyasının özünün əhəmiyyətinə ziyan vurur.

Ana səhifəXəbərlərRamiz Mehdiyev “5-ci kolon”dan, QHT-lərdən və inqilablardan yazdı