Nazirlər Kabineti təqvimə dəyişiklik edib
11 may və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.
Bu barədə Nazirlər Kabinetinin 19 aprel qərarında deyilir.
Bildirilib ki, Ramazan bayramı günləri də daxil olmaqla, mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq.
İş mayın 16-dan başlayacaq.
Nazirlər Kabinetinin digər Qərarına əsasən 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.